171
Bu söz orta əsrlərə aid Azərbaycan yazılı
abidələrinin ço-
xunda, o sıradan Nəsimi “Divan”ında, Mustafa Zəririn “Yusif və
Züleyxa” məsnəvisində
1
, “Şühədanamə”də və başqa klassik
mətnlərdə işlənmişdir. Qütbün “Xosrov və Şirin”
tərcüməsində
bu sözün daha qədim forması olan
“asığ”
ismi və ondan düzəl-
miş
“asığsız”
(faydasız) sifəti də qeydə alınmışdır
2
.
Bilgilü
-
bilikli, ağıllı:
Dedi İskəndər həkimə, ey ulu,
Əql içində qamumuzdan
bilgilü
.
“Bilmək” feilinin kökü “bil” burada, göründüyü kimi, iki
şəkilçi qəbul etmişdir: bil+gi+lü.
Birinci düzəltmə söz
“bilgi”
çağdaş türk dilində “bilik”, “məlumat” məfhumlarını bildirsə də,
onun XIV əsr yazılı abidəsi “Qisəsi-ənbiya”da “bilici”, “kahin”
anlamında işləndiyi qeydə alınmışdır . Bundan əlavə
“bilgi”
sö-
züniin
“bilgə”
fonetik variantının istər qədim türk abidələrində,
istərsə də XIV-XVI əsrdə qələmə alınmış türkdilli əlyazmalarda
“ağıllı”, “müdrik”, “alim”
mənalarında bol-bol işləndiyi mə-
lumdur. Bütün bu faktlara baxmayaraq, “Əsrarnamə”dəki
“bil-
gi
”nin bu tərkibdə “bilik” anlamında işləndiyi göz qabağındadır.
Çünki belə olmasaydı, onda
“bilgi”
düzəltmə sifətinə (“ağıllı”
mənasında) daha bir sifət düzəldən şəkilçinin (-lü) artırılmasına
ehtiyac olmazdı. Xatırladaq ki, “Kitabi-Dədə Qorqud”da
“bilgi”
sözünün
sinonimi
“bilig”
də elə bugünkü mənasında işlənmiş-
dir:
“Ağlı şaşmış, biligi yetmiş qoca babam var”
. Bunu nəzərə
aldıqda aydındır ki, “bilgilü” sözünü “biliklü”
kimi də oxumaq
olar. Professor C.Qəhrəmanov onu lüğətdə elə bu şəkildə də ver-
mişdir: “biliklü”. Fikrimizcə, beytin birinci misrasındakı “ulu”
qafiyəsi tələb edir ki, bu söz məhz “bilgilü” (əslində qafiyəyə
1
Qəhrəmanov C.,
Xəlilov Ş
.
Mustafa Zərir. Yusif və Züleyxa. Bakı, 1991,
səh.156.
2
Наджип Э.Н. Историко-сравнительный словарь тюркских языков XVI
века. М., 1989.
с
.199-201.
172
görə “bilgülu” daha düzgün olardı) şəklində oxunsun. Qeyd
edək ki, birinci əlyazmanın katibi də bu sözün oxunuşunda anla-
şılmazlıq olacağını qabaqcadan duymuş və ona görə də oxucuya
kömək etmək məqsədilə onu hərəkələmişdir: Deməli o, “bilgilü”
şəklində oxunmalıdır. Ş.Xəlilov
isə bu sözü
“böyüklü”
kimi
oxuyaraq buradakı
“lü”
şəkilçisinin
“böyük”
sifətinə artırıldığı-
nı qeyd etmişdir. Xatırladaq ki, orta əsrlərə aid türkdilli yazılı
abidələrdə
“bilgilü”
sözünün daha bir sinonimi -
“bilülü”
də iş-
lənmişdir.
Dostları ilə paylaş: