165
Əl götürdi, aydır, ey danayi-raz,
Bəsdir imdi mənə bu əmri-diraz
.
Oldı Musa bu xəbərdən biqərar,
Əl götürüb dedi, ey Pərvərdigar
.
“Əl götürmək”
frazeoloji vahidinin bu mənada orta əsrə aid
bir sıra
türkdilli abidələrində, o cümlədən “Kitabi-Dədə Qor-
qud”da işlənməsi qeydə alınmışdır. Maraqlıdır ki, bu sabit söz
birləşməsinin ikinci mənasında - çağdaş dilimizdə daşıdığı
“əl
çəkmək”
anlamında işlənməsinə dair cəmi iki abidədən nümunə
gətirilmişdir. Bu isə həmin frazeoloji vahidin orta əsrlərdə daha
çox yuxarıdakı mənada işlənməsini sübut edir. Görünür, zaman
keçdikcə
“əl götürmək”
sabit söz birləşməsi özünün daha işlək
mənasını itirmiş və çağdaş ədəbi
dilimiz üçün həmin mənada
tam arxaikləşmişdir.
Abidənin dilində işlənmiş və müasir ədəbi dilimiz üçün ar-
xaik səciyyə daşıyan
“ün çəkmək”
-
bağırmaq, qışqırmaq
sabit
söz birləşməsi haqqında isə C.Qəhrəmanov məlumat vermişdir.
“Əsrarnamə”dəki
“bim çəkmək”
- qorxmaq,
“kəlam aç-
maq”
- söz açmaq,
“guş dutmaq”
- qulaq asmaq,
“laf urmaq”
-
özünü öymək, boşboğazlıq etmək,
“ruzgar keçürmək”
- gün ke-
çirmək, ömür sürmək,
“səminə almaq”
- qulaq asmaq,
“xüruşə
gəlmək”
– qışqırmaq,
“cuşə gəlmək”
- coşmaq və bu kimi ərəb
və fars mənşəli sözlərlə formalaşmış sabit söz birləşmələri də za-
man keçdikcə unudulmuş və arxaikləşmişdir. Qeyd edək ki, bu
frazeoloji vahidlər klassik ədəbiyyatımızda bol-bol işlənmişdir .
C.Qəhrəmanov, yuxarıda
qeyd olunduğu kimi, abidə üzə-
rində filoloji araşdırma da aparmış və onun nəticəsi olan yığ-
cam, lakin sanballı linqvistik oçerkini kitaba daxil etmişdir.
Oçerkdə “Əsrarnamə”nin birinci Bakı nüsxəsinin orfoqrafik xü-
susiyyətləri nəzərdən keçirilir və əsasən,
tərcümənin leksik tərki-
bi araşdırılır. Abidənin lüğət tərkibində türkmənşəli sözlərin
başlıca yer tutduğunu qeyd edən C.Qəhrəmanov əsas tədqiqatını
166
onların öyrənilməsi üzərində qurmuşdur
1
. Tədqiqatçı abidədəki
türkmənşəli sözlər sırasında çağdaş ədəbi dilimiz üçün arxaik-
ləşmiş əski türk sözlərinə xüsusi diqqət yetirərək onlar üzərində
ətraflı dayanmışdır. C.Qəhrəmanov kitaba ayrıca
arxaik sözlər
lüğəti də daxil edərək burada həmin sözlərin klassik ədəbiyya-
tımızın başqa nümunələrində də işlənməsinə dair nümunələr
vermişdir.
Kitabda verilmiş nümunələrdən göründüyü kimi, “Əsrarna-
mə”də işlənmiş və hazırda ədəbi dilimizdən çıxmış həmin sözlər
“Kitabi-Dədə Qorqud”un, Nəsimi, Kişvəri, Xətai və Qövsi əsər-
lərinin dili üçün də səciyyəvidir. Ş.Xəlilovun “Əsrarnamə”nin
dili” adlı monoqrafiyasında da abidədəki qədim türk sözlərinin
lüğəti verilmişdir. Bununla belə, “Əsrarnamə”də işlənmiş və ha-
zırda ədəbi dilimizdə istifadədən qalmış bəzi qədim türk sözləri
bu lüğətlərin heç birinə düşməmişdir. Həmin sözlərdən bir neçə-
si “Əsrarnamə”nin yalnız ikinci Bakı nüsxəsindədir (C.Qəhrə-
manov və Ş.Xəlilov öz tədqiqatları üçün tərcümənin birinci Bakı
nüsxəsini əsas götürmüşlər), bəziləri isə hər iki əlyazmada var-
dır. Öncə tərcümənin yalnız
Dostları ilə paylaş: