Yerinmək - kədərlənmək, nifrət etmək:
Gəhi üryan olur, gəhi tonanır, Gəhi yerinirü gahi gönənir. Bu söz eyni mənada qədim türk mətnlərində də işlənmiş-
dir.Həmin mənbələrdə bu feildən düzəlmiş
“yerinc” (bədbəxt)
sifətinin də işlənməsi qeydə alınmışdır. Mahmud Kaşğarinin
“Divanü lüğətit-türk” və Yusif Balasaqunlunun “Kutadğu bilig”
əsərlərində
“yerinmək” feilinin sinonimi olan
“yermək” feili də
işlənmişdir.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” eposunda yalnız aşa-
ğıdakı bir cümlədə işlənmiş
“yerindirmək” feili də eyni kökdən-
dir:
“Sevindirdin, yerindirmə, ozan, məni, - dedi” . Cümlənin
ümumi məzmunundan da göründüyü kimi,
“yerindirmə” sözü
burada
“kədərləndirmə” mənasında işlənmişdir. Bununla belə,
“Kitabi-Dədə Qorqud”un izahlı lüğətində bu sözün
“utandır- maq”,“xəcalət etmək”,“rədd etmək” mənaları göstərilmişdir.
Ş.Cəmşidov isə bu sözü
“yarındırma” şəklində oxuyaraq, onun
“yozdurma” mənasında işləndiyini qeyd edir
1
.
Yoyulmaq - silinmək, pozulmaq, yox olmaq:
Bəqa adı vücuda qoyulupdur, Fəna yokluğı andan yoyulupdur. Bu sözün eyni mənada Mahmud Kaşğarinin lüğətində
“yo- ğulmaq” şəklində işlənməsi qeyd olunmuşdur. Həmin mənbədə
bu feillə eyni köklü olan
“yoğmaq”, “yoğunmaq” (pozmaq, yox
etmək) sözləri də qeydə alınmışdır. “Kitab əl-idrak”da isə bu feil
1
Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud”. Bakı, 1999. səh.173.
157
“yuydu” (sildi) şəklində transfoneliterasiya edilmişdir. V.Radlov
bu sözün
“yoyulmaq” şəklində işləndiyini qeydə almışdır
1
.