153
V.Radlovun
lüğətində isə
“tüş”
sözünün
“meyvənin içi”
və
“konfet”
mənaları
göstərilir
1
.
Ülü
- pay, hissə, səhm:
Vəli olmaz cahanda bundan ulu,
Verilməz bundan özgəyə bu
ülü.
“Ülü”
sözünün
qədim türk mətnlərində
“ülüğ”
və
“ülüş”
şəklində işlənməsi qeydə alınmışdır.
XIV-XVI yüzillərə aid türk
yazılı abidələrində isə bu söz
“ülü”
və
“ülüş”
şəklində işlənmişdir.
Üyəz
- ağcaqanad:
Üyəz
pərincə istə yerdə canı,
Gözət nöqtədə cismi-asimanı.
Bu söz eyni mənada “Kitab əl-idrak”da qeyd olunmuşdur.
“Əs-Sihah”da və “Kəvamilüt-təbir”də isə o,
“üvəz”
şəklindədir.
“Üyəz”
sözü çağdaş türk lüğətlərində
“üvəz”
şəklində şivə sözü
kimi göstərilir
2
.
Dostları ilə paylaş: