Sayali sadiqova


Somun - qabarıq buğda çörəyi:   Ol ac gözsüzə bə ŋ zər, yalanur ol,  Dəvə dəpdügüni  somun



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə82/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   78   79   80   81   82   83   84   85   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

Somun
- qabarıq buğda çörəyi:
 
Ol ac gözsüzə bə ŋ zər, yalanur ol, 
Dəvə dəpdügüni 
somun
 sanur ol.
Bu sözə eyni mənada məşhur mənbələrdən yalnız “Ət-töh-
fə”də və V.Radlovun lüğətində rast gəldik. “Tarama sözlü-
gü”ndə bu leksemin XVI əsr türk müəllifi Tosyalı Cəlalzadə Ni-
şani Mustafa Çələbinin “Məvahibül-xəllaq” əsərində də işləndi-
yi göstərilir
1
.
 
 
Sunqur
- şahin, şunqar, ov quşu: 
Döşədi ağ 
sunqur
 bali-zərrin, 
Fələk səhnində olmağa göhərçin.
Bu söz qədim türk mətnlərində “sonqur” və “şunqar” şək-
lində işlənmişdir. Həsən Zərinəzadə onun Səfəvilər dövründə 
fars dilində də 
“sonqar”
və 
“şonqar”
şəklində işləndiyini qeyd 
etmişdir. İran alimi Həsən Əmid isə bu türk sözünün ərəb dilinə 
də 
“sonqar”
şəklində keçdiyini qeyd edir. 
 
Taŋ 
- təəccüb, heyrət: 
Bu dövlət dənizinə hər ki yata
Nə 
ta ŋ ı
 var anu ŋ abi-həyata.
Bu söz eyni mənada istər türk dillərinin əski qatlarını özün-
də əks etdirən qaynaqlarda , istərsə də orta çağlara aid yazılı abi-
dələrdə işlənmişdir. Yuxarıda haqqında söz açdığımız 
“tana 
qalmaq”
(təəccüb qalmaq) tərkibi felindəki birinci söz də eyni 
kökdəndir. 
1
XIII asırdan günümüze kadar kitaplardan toplanmış tanıklariyle Tarama 
sözlüğü.


151 
Toğan
- şahin, qızıl quş: 
Əgərçi sən yumurdadan toğansın, 
Havada uçıcı vəhşi 
toğansın.
“Toğan”
sözü eyni mənada qədim türk mətnlərində də iş-
lənmişdir. “Ət-töhfə”də bu sözün 
“şahin”
və 
“qırğı”
mənaları 
göstərilir. “Kitab əl-idrak”da və Radlovun lüğətində isə bu sö-
zün yalnız 
“şahin”
mənası qeyd olunur. “Oğuznamə”də də bu 
söz 
“şahin”
mənasında işlənmişdir. Maraqlıdır ki, 
“toğan”
sözü 
fars dilində də işlənir. 
“Toğan”
sözünün türkmənşəli olduğunu 
qeyd edən görkəmli İran alimi Məhəmməd Müin yazır ki, bu söz 
həm də türk şəxs adlarından biridir. Şirazi 
“toğancı”
sözünü də 
“ovçu”, “şahin ovlayan adam”
mənasında işlətmişdir: 
 
Başu ŋ a börk urar, bağlar ayağu ŋ , 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin