145
“Qızlıq”
sözü “Kutadğu bilig”də
“bahalıq”, “nadir şey”,
“bahalı şey”
mənalarında işlənmişdir . Bu söz Azərbaycan-türk
yazılı abidələrindən Mustafa Zəririn “Yusif və Züleyxa” məsnə-
visində işlənmişdir.
Qulağuz/qulavuz/qılavuz
- bələdçi, yol
göstərən, rəhbər:
Nə hasil dünyada ol
qulavuzdan,
Ki, fərq etməyə eyüyi yavuzdan…
Qanat açdivü bunlar uçdı düpdüz,
Bulara Mustəfa oldı
qulağuz.
Bu söz “Divanü- lüğət it-türk”də
“qulabuz”,
“Kutadğu bi-
lig” və “Orta Asiya təfsiri”ndə isə
“qulavuz”
şəklində işlənmiş-
dir.“Kitabi-Dədə Qorqud”da isə o,
“qulağuz”
şəklindədir. “Əs-
Sihah”da bu söz iki yerdə qeydə alınmışdır. M.Zəririn “Yusif və
Züleyxa” məsnəvisində də o işlənmişdir.
Məmmədəmin Rəsul-
zadə bu sözün Nizami Gəncəvinin dilində də
“qəlavuz”
şəklində
işləndiyini qeyd etmişdir. Eyni faktı akad. Həmid Araslı da gös-
tərmişdir. Prof. Əmir Nəcibə görə
“qulağuz”
quruluşca mürək-
kəb sözdür -
“qulaq”
və
“ağuz”
(ağız) sözlərindən təşkil olun-
muşdur və əski oğuz sözüdür. Prof. Əbdüləzəl Dəmirçizadə onu
əsli itmiş mürəkkəb söz sayır. Prof. Həsən Zərinəzadə isə yazır
ki, Səfəvilər dövründə fars dilində də
“qəlavuz”, “qəlabez”
şək-
lində
işlənən bu sözün kökündə
“yalavac”
(yol göstərən, bələd-
çi) sözü dayanır. Fikrimizcə, bu məsələdə Ə.Nəcibin fikri daha
ağlabatandır. Ona görə ki, birincisi, bu söz ən qədim qaynaqlar-
da, o sıradan Nizami Gəncəvidə
“qəlavuz”
şəklindədir. İkincisi,
“qulaqağuz”-“qulağuz”
fonetik dəyişikliyi daha inandırıcıdır
(yanaşı gələn aq-ağ hissəciklərindən biri düşmüşdür). Üçüncüsü
isə,
“qulaq”
və
“ağız”
sözlərinin ayrı-ayrılıqdakı mənaları ara-
sında müəyyən yaxınlıq var (“bələdçi” qabaqda gedir - qulağı ilə
eşitdiyini ağzı-dili ilə çatdırır).
Qeyd edək ki,
“qulaq”
sözü
“göz”
sözü ilə birlikdə mürəkkəb söz kimi
(
“qulaqgöz”
- nəza-
146
rət) də işlənmişdir. Dilimizin Qərb qrupu şivələrində
“qulağuz”
sözü
“alağuz”, “qılvız”
şəklində qorunub saxlanmışdır.
Qazax
və Tovuz bölgələrində bu söz
“xəbərçi”, “araqarışdıran”, “iki-
üzlü”, “yaltaq”
mənalarında işlənir.
Çağdaş qazax dilində də
“qulaqavuz söz”
ifadəsi
“xəbər”, “şayiə”
mənasında işlənir.
Maraqlıdır ki, bu söz fars dilində
“qəlağuz”, “qəlavoz”
şəklində
“bələdçi”
mənasında indi
də işlənir
1
.
Dostları ilə paylaş: