142
Gönilmək
- yola düzəlmək, getmək,
üz tutmaq, yönəlmək:
Gönilüb
Kəbəyə getsən uğurla,
Bulursan Kəbədə bunı uğurla.
Bu söz XIII-XVI əsrlərə aid türk yazılı abidələrində sıx-sıx
işlənmişdir. “Dastani-Əhməd Hərami”də də bu sözə rast gəlirik:
Ol aradan fəraq ilə
gönüldi,
Əzəl bəzmində anə ol sunuldı.
1
Mustafa Zəririn “Yusif və Züleyxa” məsnəvisində də
“gö-
nilmək”
feili işlənmişdir:
Çünki Kənan yolinə
gönəldilər
,
Qarşudən qərdaşləri göründilər.
2
Beytdən də göründüyü kimi, bu sözün qafiyəyə uyğun ola-
raq
“gönüldilər”
kimi oxunması məqsədəuyğundur. Onu da
qeyd edək ki, “gönilmək” sözü nə “Dastani-Əhməd Hərami”nin,
nə də Mustafa Zəririn “Yusif və Züleyxa” kitabının sonundakı
əski türk sözləri lüğətinə daxil edilmişdir.
Dostları ilə paylaş: