138
Həqqü ŋ çün görəsin anda liqasın,
Nə deyim ki, nə
əsrüklük
qılasın.
Bu isimlə eyni
köklü olan,
“əsrik”, “əsrük”
(sərxoş) sifəti
istər qədim türk mətnlərində , istərsə də XIII-XIV əsrlərə aid ya-
zılı abidələrdə işlənmişdir. Şirazi eyni köklü “əsritmək” (keflən-
dirmək) felini də işlətmişdir:
İkinci, bunları
əsritdi
dünya,
Üçünci dünyadur bunlara dünya.
Bu feilin təsirsiz növü olan
“əsrimək”
Nəsimi “Divan”ında,
Qütbün “Xosrov və Şirin” tərcüməsində işlənmişdir. V.Radlo-
vun lüğətində
“əsrik”
sözünün
“qızmış”, “qudurmuş”
mənaları
da qeydə alınmışdır.
“Əsrük”
(sərxoş) sifəti “Kitabi-Dədə Qor-
qud”da da işlənmişdir.
Gədik/gədük
- nöqsan, çatışmazlıq, zədə, yarıq, deşik:
Kimü ŋ ki içinü ŋ ola
gədügi,
Ərənlərü ŋ budur naqis dedügi.
Qeyd edək ki,
Şirazi bu beytdə
“gədük”
sözü ilə yanaşı,
onun sinonimi olan ərəb mənşəli
“naqis”
sözünü də işlətmişdir.
Bu xüsusiyyət - bir beyt və ya misra daxilində müəyyən bir türk
sözünün ərəbcə və ya farsca qarşılığının işlənməsi Nəsimi şeirlə-
ri üçün də səciyyəvi haldır.
“Gədük”
sözü “Orta
Asiya təfsi-
ri”ndə
“deşilmiş”, “diş-diş”, “kələ-kötür”
mənalarında işlən-
mişdir. Əbu Həyyan onun yalnız
“dəlik”, “deşik”
mənalarını
göstərir. Bu söz “Şühədanamə”də də işlənmişdir:
“Mənüm xanə-
danuma gədük saldun”
. Hinduşah
Naxçivani də bu sözü
“gə-
dik”
və
“gədük”
şəklində qeydə almışdır.
“Gədik”
sözü “Oğuz-
namə”də də işlənmişdir.
Dostları ilə paylaş: