139
lan”
.
Təəssüf ki, bu söz dastanın bütün Bakı nəşrlərində “gö-
dək” şəklində verilərək,
“qısa”, “gödək”
kimi mənalandırılmış-
dır. Məhərrəm
Ergin isə bu sözü
“gədik”
kimi
oxuyaraq, onun
“korlanmış”, “yeyilmiş”, “diş-diş olmuş”
mənalarını
qeyd et-
mişdir. Fikrimizcə, mətnin ümumi məzmununa əsasən, “Kitabi-
Dədə Qorqud”dakı
bu sözün
“gödək”
deyil,
“gədik”
şəklində
oxunması məqsədəuyğundur. Dastandakı Bəkil oğlu İmranın bo-
yunda olan yuxarıdakı cümlədə kafir oğuz igidinin silahının
“gödək”
yox, məhz
“nöqsanlı”
olmasına işarə edərək deyir:
Qara polat uz qılıcı
gədik
oğlan,
Əlindəki sügüsü sınıq oğlan.
1
Bu cümlələrdəki
“sınıq”
sözünün
“gödək”
sözü ilə yox,
“gədik”
sözü ilə səs uyarlığı da göz qabağındadır. Onu da qeyd
edək ki, “Kitabi-Dədə Qorqud”da
“gədik”
sözü
ilə eyni köklü
“gədilmiş”
(korlanmış, deşilmiş) və
“gədilməsün”
(korlanma-
sın, deşilməsin) sözləri də işlənmişdir.
“Gədilmək”
(korlanmaq,
deşilmək, diş-diş olmaq) feli “Gülşəni-raz” tərcüməsində də yu-
xarıda da qeyd olunan aşağıdakı beytdə işlənmişdir:
Günəş vəsf eylər ikən ta ŋ a qaldum,
Gədildim
ay kibivü ta
ŋa qaldum.
Onu da qeyd edək ki,
“gədik”
sözü dilimizin Bakı şivəsin-
də
“naqis”
mənasında öz varlığını qoruyub saxlamışdır
2
.
Dostları ilə paylaş: