Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə68/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   64   65   66   67   68   69   70   71   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Dəvləngəç
- sarıköynək: 
 
Bəgəndürməz isən şahə şikari 
Kim, oldu ŋ 
dəvləngəcdən
 dəxi bari.
Bu söz XIII-XVI əsrlərə aid bir sıra ədəbi mətnlərdə, eləcə 
də lüğətlərdə, məsələn, “Ət-töhfə”də eyni mənada işlənmişdir.
 
 
Dişürmək/dövşürmək
- yığmaq, toplamaq: 
 
Əgər əskildisə bu cism tonı, 
Dişür
 qoqnus kibi, yığ odunı… 
1
XIII asırdan günümüze kadar kitaplardan toplanmış tanıklariyle Tarama 
sözlüğü. I-VI c., Ankara, 1941-1945, səh.977-978 


135 
Bərü gəl bu sədəflər ağzını aç, 
İçün 
dişür,
 qabın yabanlara saç.
Öncə qeyd edək ki, Şirazi birinci beytdə 
“dişürmək”
feili 
ilə yanaşı, onun sinonimi olan 
“yığmaq”
felini də eyni misrada 
işlətmişdir. Yeri gəlmişkən əlavə edək ki, eyni cümlə, misra və 
ya beyt daxilində ana dilinə məxsus sinonim sözlərin qoşa işlə-
dilməsi “Dastani-Əhməd Hərami”, Yusif Məddahın “Vərqa və 
Gülşah”, Suli Fəqihin “Yusif və Züleyxa” məsnəvilərinin, eləcə 
də “Kitabi-Dədə Qorqud”un dili üçün də səciyyəvi xüsusiyyət-
dir. Prof. Əbdüləzəl Dəmirçizadə və prof. Tofiq Hacıyev bu xü-
susiyyəti tayfa dilləri ilə bağlayırlar. Bu hal başqa türk yazılı 
abidələrində də qeydə alınmışdır. 
“Dişürmək”
sözü “Kitabi-Dədə Qorqud”da, “Əs-sihah”da, 
“Dastani-Əhməd Hərami”də. Suli Fəqihin “Yusif və Züleyxa” 
məsnəvisində və Şah İsmayıl Xətainin dilində işlənmişdir. 
V.Radlov bu sözü 
“dəvşirmək”
şəklində qeydə almışdır. Müəllif 
bu sözün Krım türklərinin dilində 
“aklın başına dəvşir”
(
ağlını 
başına yığ
) ifadəsində işləndiyini də qeyd edir. Maraqlıdır ki, Şi-
razi də aşağıdakı beytdə həmin ifadəni işlətmişdir: 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin