134
Bu ifadə eyni mənada Yunis Əmrə, Qazı Bürhanəddin, Də-
də Ömər Rövşəni, Gülşəni Bərdəi və başqa söz ustalarının dilin-
də işlənmişdir
1
.
Dəmrən
- ox ucu, oxun ucuna keçirilən sümük və ya dəmir:
Girincək ok gəzi zeh ortasına,
Düşər ok
dəmrəni
qəbzə içinə.
Bu söz “Kitabi-Dədə Qorqud”da “Əs-sihah”da, Qazı Bür-
hanəddin “Divan”ında və XIV-XVI əsrlərə aid başqa türk yazılı
abidələrində də işlənmişdir.
Tofiq Abdullayev
“dəmrən”
sözü-
nün “Kəvamilüt-təbir”də də
“oq dəmrəni”
və
“sünü dəmrəni”
(nizə ucu) birləşmələrində işləndiyini qeyd edir. “Gülşəni-raz”
tərcüməsindən verilən bu nümunədəki ilk misrada işlənən
“gəz”
leksemi də qədim türk sözüdür.
Kaşğarinin lüğətində
“gəz”
sözü
“oxun ucu”
mənasında işlənmişdir. V.Radlovun lüğətində isə bu
sözün həm
“ox”,
həm də
“oxun kirişə keçirilən ucu”
mənaları
qeyd olunmuşdur. Əbu Həyyanın kitabında
işlənmiş
“gözlik”
(ox düzəldən bıçaq) sözü də fikrimizcə, bu leksemlə bağlıdır və
“gəzlik”
kimi oxunmalıdır.
Dostları ilə paylaş: