137
türk sözləri lüğətinə daxil edilməmişdir.
Əsərdən verilən ikinci
nümunədə
“ergürmək”
lə yanaşı,
onun sinonimi olan
“yetür-
mək”
felinin işlənməsini də qeyd etmək lazımdır.
Eşmə
- səhrada olan dayaz su quyusu:
Yenə nuş eylə rəhmət çeşməsindən,
Fərağət ol bu zəhmət
eşməsindən.
“Eşmək”
(qazımaq, qazıyıb açmaq)
felindən düzəlmiş bu
isim V.Radlovun lüğətində eyni mənada
“əşmə”
şəklində qeydə
alınmışdır). Qədim türk mətnlərində və orta əsrlərə aid türk yazı-
lı abidələrində isə bu leksem qeydə alınmamışdır.
Əyig
- çöl quşu,
çöl göyərçini, qumru:
Anu ŋ kimi taşı yok, ol çig kibidür,
İçində taşsız olmaq
əyig
kibidür.
Bu söz Mahmud Kaşğarinin lüğətində
“ıfık”
, “Ət-töhfə”də
“ayak”
, Qütbün “Xosrov və Şirin” tərcüməsində isə
“efək”
şək-
lində qeydə alınmışdır. “Kəvamilüt-təbir”də isə bu söz
“ügeyik”
şəklində yazılmışdır. V.Radlovun lüğətində bu söz üç şəkildədir:
“ögəik”, “ügeyik”, “üvəyik”
.
Dostları ilə paylaş: