140
Bu söz Yusif Balasaqunlunun “Kutadğu bilig”
əsərində,
Qütbün “Xosrov və Şirin” tərcüməsində qeydə alınmışdır. Kaş-
ğari “Divan”ında isə bu sözlə bağlı
“iqcil”
(tez-tez xəstələnən)
sifəti və
“iqləmək”
(xəstələnmək) felləri də işlənmişdir. “Ət-
töhfə”də isə eyni köklü
“iqlənmək”
feili qeydə alınmışdır. “Ki-
tab əl-idrak”da da
“ig”
sözü eynilə
bizim abidədə olduğu kimi
“iy”
və
“xəstəlik”
anlamlarında işlənmişdir. Çağdaş türk dilində
isə eyni köklü
“iğçıl”
sözü
“xəstə”, “azarlı”, “əlil”
mənaların-
da işlənir
1
.
İsrə
- qarşı, irəli, aşağı:
Yakıncaqdurur ol köy şəhri - Misrə,
İraq demək degildir andan
isrə
...
Bir adım bundan
isrə
adamazsın,
Səfalıq şərbətindən dadamazsın.
Qədim
türk mətnlərində
“asra”
və
“isrə”
şəklində qeyd
olunan və
“aşağı”, “alt”
mənalarını daşıyan
bu söz XIII-XV
əsrlərə aid türk yazılı abidələrində isə
“asra”
şəklində işlənmiş-
dir. Bizim abidədə isə bu söz hərəkələndiyi üçün onu məhz
“is-
rə”
kimi oxumaq lazım gəlir. Qeyd edək ki, “Kitab əl-idrak”da
bu söz
“isra”
şəklində qeydə alınmışdır. Prof. Əmir Nəcibə gö-
rə,
“asra”
qoşması
“as”, “ast”
(dib, alt)
kökündən və
-ru, -ra
qədim yönlük hal şəkilçisindən ibarətdir.
“Asra”/”isrə”
qoşma-
sı başqa Azərbaycan yazılı abidələrində işlənməmişdir.
Dostları ilə paylaş: