143
Beytin ikinci misrasında işlənmiş “ögüş” (çox) leksemi də
qədim türk sözüdür. Bu söz də istər qədim türk mətnlərində , is-
tərsə də Azərbaycan yazılı abidələrində
“üküş”, “ögüş” və “yü-
güş”
şəklində işlənmişdir . Nailə Hacıyeva bu sözün “İxtiyarati-
qəvaidi-külliyyə” əlyazmasında 187
dəfə işləndiyini göstərir
1
.
Kirtü
- gerçək, həqiqi, sadiq:
Cavabın böylə verür bunun anlar,
Kim, anlara der
kirtü
ərənlər…
Bularu ŋ vəsf edər halını
kirtü,
Hədisi -”mutu qəblə ən-təmutu”.
Bu söz eyni mənada Mahmud Kaşğarinin lüğətində, “Ət-töh-
fə”də və “Kitab əl-idrak”da işlənmişdir. Sonuncu mənbədə
“kirtü
söylədi”
(doğru dedi)
ifadəsi və
“kirtülədi”
sözü də işlənmişdir.
“Ət-töhfə”də bu söz “kərti” şəklində verilmişdir. Bu mənbədə
“kərti ayıtmaq”
(doğru söyləmək) ifadəsi də işlənmişdir
2
.
Küpə
- sırğa:
Bu mey çak etdi əqli-küll qəbasın,
Qulağında qodı qulluq
küpəsin.
Bu söz
“kübə”
və
“küpə”
şəklində qədim türk mətnlərində
işlənmişdir. Azərbaycan-türk yazılı abidələrindən Yusif Mədda-
hın “Vərqa və Gülşah” poemasında isə bu söz
“küpə”
kimi qey-
də alınmışdır. “Ət-töhfə”də isə o
“kübə”
şəklində işlənmişdir.
Dostları ilə paylaş: