148
Bu söz eyni mənada XIV əsrin türk şairlərindən Germiyanlı
Şeyxoğlu Mustafa Cəmalinin “Xurşid və Fərəhşad” adlı məsnə-
visində və eyni yüzillikdə yaşamış Hacı Paşanın “Müntəxəbüş-
şifa” adlı tibbə dair əsərində işlənmişdir.
Səmrimək
- şişmək, piylənmək, kökəlmək:
Bu yatlıq özgəvü bilişlik özgə,
Ki,
səmriməkdir
özgə, şişmək özgə.
Bu feil eyni mənada qədim türk mətnlərində işlənmişdir.
“Kitab əl-idrak” və “Ət-töhfə”də
“səmrimək”
sözünün eyni mə-
naları qeydə alınmışdır . Orta çağlara aid Azərbaycan yazılı abi-
dələrində eyni köklü
“səmiz”/”semiz”
– (kök) sifəti də işlənmiş-
dir. Maraqlıdır ki,
“səmrimək”
feili indi də Azərbaycanda tərəkə-
mələrin dilində işlənir:
“Qoyun səmridikcə yavaş olur”
.
Təəssüf
ki, bu söz dilimizin dialektoloji lüğətində qeydə alınmamışdır.
Dostları ilə paylaş: