Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə88/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   84   85   86   87   88   89   90   91   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Yörənmək
- dolaşmaq, dolanmaq, hərlənmək: 
 
Bu şərt ilə kim, fikrü ŋ ola təcrid, 
Yörənə
 qəlb evinə nuri-tövhid...
Lüğət, nəhvü məani, hikmətü sərf
Yörəsində 
yörənür
 bunlarun hərf.
Bu feilə bizə məlum mənbələrdən heç birində rast gəlmə-
dik. Lakin onun kökü 
“yörə”
(qıraq, kənar, yan) ismi bir çox 
mənbələrdə qeyd olunmuşdur
2
. Yuxarıdakı ikinci nümunədə də 
“yörə”
ismi işlənmişdir. Çağdaş ədəbi dilimizdə isə 
“yörə”
yal-
nız 
“yan-yörə”
qoşa sözünün tərkibində işlənir. 
Yuxarıdakı nümunələrdən və onlar haqqındakı qısa izahlar-
dan da göründüyü kimi, tərcümədə türk dillərinin əski qatlarını 
əks etdirən bir sıra qədim və nadir sözlər işlənmişdir. Çağdaş 
ədəbi dilimiz üçün arxaik səciyyə daşıyan bu sözlərin böyük bir 
qismi feillərdən ibarətdir. Maraqlıdır ki, onların kökündə duran 
adların bir çoxu ədəbi dilimizdə heç bir dəyişiklik olmadan indi 
də işlənir. Məsələn: 
toy+la(maq), don/ton+an(maq).
Arxaik 
isimlərə gəldikdə isə, onlardan bəzilərinin törəndikləri feillər 
ədəbi dilimizdə işlənir. Məsələn, 
“eşmə”, “tanıq”, “turaq”, 
“tutuq”
isimləri çağdaş ədəbi dilimizdə işlənməsə də, onların 
köklərindəki feillər (
eşmək, tanımaq, turmaq/durmaq, tutmaq

eynilə işlənir. Tərcümədə işlənmiş bəzi arxaizmlər isə öz varlıq-
larını dilimizin ayrı-ayrı şivələrində qoruyub saxlamışlar. Bütün 
bunları nəzərə aldıqda yuxarıdakı sözlərin bir çoxunu çağdaş 
ədəbi dilimiz üçün heç də tamamilə yadlaşmış və ya unudulmuş 
lüğət vahidləri sırasına daxil etmək olmaz. Bununla belə, Şirazi-
1
XIII asırdan günümüze kadar kitaplardan toplanmış tanıklariyle Tarama 
sözlüğü. I-VI c., Ankara, 1941-1945. səh.416. 
2
Древнетюркский словарь. Л., 1969. с.276. 


158 
nin işlətdiyi həmin sözlər içərisində təkcə klassik Azərbaycan 
ədəbiyyatı üçün deyil, ümumiyyətlə, orta yüzilliklərin bir çox 
türk mətnləri üçün də nadir sayılan, çox az işlənən leksemlər də 
vardır ki, bu da bütövlükdə götürdükdə Şirazinin bilik dairəsinin 
genişliyini və dərinliyini, doğma ana dilinə olan sayğı və sevgi-
sini onu bir sıra söz və ifadələrlə zənginləşdirməsini açıq-aşkar 
bir şəkildə sübut edir. 
“Gülşəni-raz” tərcüməsində türkmənşəli aşağıdakı leksik, 
fonetik və semantik arxaizmləri də qeydə almışıq: 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin