Sayali sadiqova


Adamaq - ad- landırmaq;  ağırlamaq



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə89/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   85   86   87   88   89   90   91   92   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

Adamaq
- ad-
landırmaq; 
ağırlamaq
- əzizləmək, hörmət etmək; 
ağça
- pul; 
al-
damaq
- aldatmaq; 
anaru
- ora, o biri tərəfə
ancılayın
- onun 
kimi; 
andağı
- ondakı; 
arı
- təmiz; 
ayıtmaq
- demək, söylə-
mək.
Bəkləmək
- gözləmək; 
bəlq urmaq
- parlamaq; 
bəlürmək
– 
aşkar olmaq; 
bigi
- kimi; 
bilə
- ilə; 
biliş
- tanış, dost; 
biləzük
- bi-
lərzik; 
bilürlənmək
- bilikli görsənmək, bilik üçün çalışmaq; 
bir-
ləmək
- tövhid, Allahın birliyini qəbul etmək; 
bulmaq
- tapmaq. 
Çələb
- Tanrı, Allah; 
çəri
- qoşun, ordu; 
çizginmək
- dön-
mək, dolaşmaq, fırlanmaq. 
Dəlürmək
- bərk sevmək, dəlicəsinə sevmək; 
dənlü
- kimi, 
cür; 
dərilmək
- yığılmaq, toplanmaq; 
dibəlik
- tam, əbədi; 
dik-
mək
- əkmək (ağac); 
dügün
- toy; 
dün
- gecə. 
Edinmək
- mənimsəmək, qazanmaq; 
erürmək
- çatdırmaq, 

- yoldaş, dost; 
eylənmək
- qazanmaq, əldə etmək; 
eyü
- yaxşı. 
Ədik
- çəkmə; 
əm
– dərman, çarə, əlac; 
ənək
- çənə, çənə 
sümüyü; 
ənrəşmək
- anqırışmaq, 
ətmək
- çörək. 
Geyəcək
- paltar, geyim; 
gidərmək
- yox etmək, aradan qal-
dırmaq; 
gönlək
- köynək; 
görklü
- gözəl, qəşəng. 
Hoy
 
dəpmək
- hay vurmaq. 
Irmaq
- çay; 
ısmarlamaq
- tapşırmaq. 
İkən/igən
- çox, lap çox; 
ilətmək
- çatdırmaq; 
imdən
 
gerü

bundan sonra; 
irmək
- çatmaq; 
irişmək
- çatmaq; 
iss 
- yiyə, sa-
hib; 
işbu
- bu. 
Kəndözi
- öz; 
kəz
- dəfə; 
köşk
- saray, 
köy
- kənd; 
küymək

gözləmək. 


159 
Qadanmaq
- möhkəmlənmək, bərkimək, bərkiyib qalmaq; 
qanqı/qanğı
- hansı; 
qaraŋu
- qaranlıq; 
qararmaq
- qaralmaq; 
qarcaşmaq
- qarışmaq; 
qat
- yan; 
qayırmaq
- kədərlənmək, mə-
yus olmaq; 
qoğan
- vəhşi heyvan; 
qulmaş
- hiyləgər; 
quşatmaq
- geyindirmək. 
Netə kim
- necə ki; 
nəsnə
- şey. 
Oran/örən
- ölçü, miqdar, hədd; 
ovaq
- ovuntu; 
oyuq
- mü-
qəvva. 
Ög
- ağıl; 
öndin
- qabaq; 
örk
- hörük (heyvanın ayağına 
bağlanan ip); 
örümçək
- hörümçək; 
ötə
- qarşı tərəf, alt, aşağı. 
Pı ŋ ar
- bulaq. 
Sağış
- hesab, say; 
sancaq
- bayraq; 
sayru
- xəstə; 
sinək

milçək; 
sinör
- sərhəd; 
sonuc
- axır, nəhayət; 
sunmaq
- uzat-
maq, təqdim etmək; 
sünü
- süngü; 
sünük
- sümük. 
Taxta
- tarlanın bir hissəsi, lək; 
tanıq
- şahid; 
tamu
- cəhən-
nəm; 
tapu
- hüzur, səcdə; 
taş
- çöl tərəf, bayır; 
tırmalamaq

didmək, parçalamaq; 
tolınmaq
- batmaq; 
tostoğrı
- düppədüz, 
lap düz; 
turu gəlmək
- ayağa qalxmaq; 
tütün
- tüstü. 
Uçmağ
- behişt; 
ulaşmaq
- qovuşmaq; 
ululanmaq
- böyü-
mək, böyük vəzifə sahibi olmaq; 
umac
- hədəf, nişangah; 
umu

ümid, arzu, istək; 
urmaq
- vurmaq; 
urunmaq/ürünmək
- bürün-
mək, geyinmək; 
us
- ağıl; 
uslu
- ağıllı; 

- budur; 
uşatmaq
- sın-
dırmaq, parçalamaq, xırdalamaq; 
uvaq
- kiçik; 
uz
- yaxşı, ustaca. 
Ün
- səs; 
üşənmək
- çəkinmək; 
üzənmək
- üzülmək. 
Var-
maq
- getmək. 
Yaban
- çöl, səhra; 
yasağ
- qanun, əmr; 
yavutmaq
- yaxın-
laşdırmaq, yaxına buraxmaq; layiq bilmək, rəva bilmək; 
yedil-
mək
- yedəyə alınmaq; 
yeg
- yaxşı, üstün; 
yelək
- leylək; 
yemiş

meyvə; 
yəprəmək
- köhnəltmək, yırtmaq, dağıtmaq; 
yufqacıq

nazik, incə və s. 
Bu sözlərin əksəriyyəti orta yüzilliklərə aid başqa yazılı 
abidələrimizdə də işlənmiş, bəziləri isə dilimizin şivələrində öz 
varlıqlarını qoruyub saxlamışdır.Yuxarıdakı nümunələrdən də 
göründüyü kimi, Şirazi üzərində işlədiyi mövzunun nisbətən 
darlığına və tərcümənin məzmununun daha çox elmi-fəlsəfi ma-


160 
hiyyət daşımasına baxmayaraq, ərsəyə gətirdiyi kitabda, əsasən, 
ana dilinin öz sözlərinə üstünlük vermişdir. Elə buna görə də tər-
cümənin dili bütövlükdə götürdükdə sadə və anlaşıqlıdır və bu 
baxımdan XIV-XV yüzilliklərdə ümumxalq danışıq dilində qə-
ləmə alınmış anadilli məsnəviləri (Suli Fəqihin və Mustafa Zəri-
rin “Yusif və Züleyxa”, Yusif Məddahın “Vərqa və Gülşah” və s.) 
xatırladır. 
 
 
2.5.
ƏHMƏDİ TƏBRİZİNİN “ƏSRARNAMƏ” 
TƏRCÜMƏSİNİN LEKSİK XÜSUSİYYƏTLƏRİ 
Orta əsrlərə (əsasən, XIII-XVI yüzilliklərə) aid Azərbaycan 
bədii ədəbiyyat nümunələri dil-üslub xüsusiyyətlərinə görə iki 
növə bölünür: folklor-danışıq üslubunda yazılan əsərlər, klassik-
kitab üslubunda qələmə alınan əsərlər. Birincilər üçün canlı 
ümumxalq danışıq dilinə yaxınlıq və dil sadəliyi; ikincilər üçün 
isə yüksək bədii sənətkarlıq, dəbdəbəli və təmtəraqlı dil başlıca 
səciyyəvi xüsusiyyət sayılır. 
XIII-XIV yüzilliklərə aid “Dastani-Əhməd Hərami”, Yusif 
Məddahın “Vərqa və Gülşah”, Mustafa Zəririn və Suli Fəqihin 
“Yusif və Züleyxa” məsnəviləri folklor-danışıq üslubuna; XVI 
əsrin dahi söz ustadı Məhəmməd Füzulinin qüdrətli qələmindən 
çıxan bütün əsərləri (istər nəsrlə, istərsə də nəzmlə yazılanları) 
isə klassik-kitab üslubuna aiddir. Əhmədinin “Əsrarnamə” tər-
cüməsini də bu baxımdan, sözsüz ki, folklor-danışıq üslubuna 
aid etmək olar. 
Ümumiyyətlə, müşahidələr göstərir ki, təsəvvüfdən bəhs 
edən türkcə klassik əsərlərin çoxu geniş xalq kütlələrinin başa 
düşəcəyi sadə və anlaşıqlı bir dillə qələmə alınmışdır. Əhmədi-
nin “Əsrarnamə” tərcüməsi də təsəvvüf mövzusundadır və ay-
dındır ki, onun da əsas qayəsi və məqsədi xalq arasında sufi fi-
kirlərini yaymaq olmuşdur. Deməli, “Əsrarnamə” tərcüməsi də 
bu mövzuda türkcə yazılan başqa əsərlər kimi, ilk növbədə 
ümumxalq danışıq dilinə söykənməli, onun başlıca xüsusiyyətləri-


161 
ni özündə əks etdirməli idi. Tərcümənin dil xüsusiyyətləri üzərin-
dəki müşahidələr bu fikrin tamamilə doğru olduğunu təsdiqləyir. 
Əhmədi orijinalı dəqiq çevirdiyi məqamlarda mövzu ilə 
bağlı çoxlu ərəb və fars sözləri, izafət tərkibləri işlətsə də, bütöv-
lükdə tərcüməni xalq danışıq dilinə yaxın üslubda, sadə bir dildə 
qələmə alınmışdır. Mütərcim tərcümə üzərində işləyərkən şifahi 
xalq ədəbiyyatına, canlı ümumxalq danışıq dilinə tez-tez üz tut-
muş və bu zəngin qaynaqdan ustalıqla bəhrələnmişdir. “Əsrarna-
mə” tərcüməsində ümumxalq, canlı danışıq dilindən gələn bir 
çox söz və ifadələr, ayrı-ayrı bütöv beytlər sübut edir ki, tərcü-
məçi ərəb və fars dilləri ilə yanaşı, ana dilinin qüdrətli söz sənəti-
nə, onun incəliklərinə, rəngarəng və çoxçalarlı deyim tərzinə yetə-
rincə bələd olmuş və bu tükənməz xəzinədən ustalıqla bəhrələn-
mişdir. Nümunə olaraq aşağıdakı bir neçə beytə nəzər salaq: 
Çü əkdügin biçərsən danla, ey yar,
Barı cəhd eylə əkmə tüxmi-murdar. 
1
 
Həm yenə degil aŋa, ey yüzi gül,
Keçən işi qurdamaq layiq dögül. 
2
 
 
Gəh çəkər zənciri, kükrər nər kimi,
Yağıya girmiş bahadır ər kimi. 
3
 
 
Onın ol yaxşulığın unutməzəm,
Ölür olsam, ol qapudan getməzəm.
 
 
Əhmədi birinci beytdə 
“Nə əkərsən, onu biçərsən” 
atalar 
sözünü, ikinci beytdə isə danışıq dilinə xas olan 
“keçən işi qur-
damaq”
ifadəsini işlətmişdir. Üçüncü misradakı 
“nər kimi kük-
rəmək”, “yağıya girmiş bahadır”
ifadələri də xalq danışıq dilin-
1
Qəhrəmanov C. Əsrarnamə (əlyazmasınm fotofaksimilesi, sözlük və iza-
hatı). Bakı, 1964. səh.19b. 
2
Yenə orada. səh.11a. 
3
Yenə orada. səh.12b. 


162 
dən, ağız ədəbiyyatından gəlmədir. Üçüncü və dördüncü beytlə-
rin də canına danışıq dilinin başlıca göstəriciləri - sadəlik və axı-
cılıq hopmuşdur. Bu iki beytin son misralarında xalq şerinin tə-
siri açıq-aşkar duyulur. 
“Əsrarnamə”nin dilinin sadəliyi, canlılığı və danışıq dilinə 
yaxınlığı Əhmədinin bol-bol işlətdiyi sabit söz birləşmələrində -
 
frazeologiyanın bu əsas növündə daha çox özünü göstərir. Qeyd 
edək ki, Cahangir Qəhrəmanov abidədə işlənmiş sabit söz birləş-
mələrinin çoxunu “Əsrarnamə”nin sözlüyünə ayrıca söz vahidi 
kimi daxil etmişdir. Lakin bu sabit söz birləşmələri içərisində 
elələri də vardır ki, sözlükdə onlara rast gəlmirik. Bundan əlavə 
abidədəki sabit söz birləşmələrinin bəziləri tədqiqatçının tərtib 
etdiyi sözlükdə yalnız onların tərkiblərindəki baş sözün yanında 
- təkcə ərəb əlifbası ilə yazılmış və ayrıca frazeoloji vahid kimi 
göstərilməmişdir. 
“Əsrarnamə”dəki sabit söz birləşmələrinin əksəriyyəti Əh-
mədinin tərcüməyə etdiyi əlavələrdə və orijinalla tam üst-üstə 
düşməyən beyt və misralardadır. Onların az bir hissəsini isə tər-
cüməçi orijinaldakı fars sabit söz birləşmələrinin qarşılığı kimi 
işlətmişdir. Abidədəki sabit söz birləşmələrinin çoxu heç bir də-
yişikliyə uğramadan (yalnız bəzilərində azacıq fonetik dəyişiklik 
vardır) bugünkü dilimizdə də eyni mənada işlənir. Məsələn, 
“acığı gəlmək
1


“acığı tutmaq”
(la), 
“ağır gəlmək”

“araya 
girmək”

“ayağına düşmək”

“ayaqdan düşmək”

“bağlı qapı 
açmaq”

“bağrına basmaq”

“baş alıb qaçmaq”

“can çək-
mək”
, “can 
tapşırmaq”

“can təslim etmək”,
“can vermək”, 
“çox görmək”, “dağa düşmək, “dan atmaq”, “dəm urmaq”, 
“dilə gətirmək”, “diz çökmək”, “diz üstə çökmək”, “əl çək-
mək”, “əldən qoymaq”, “göz yummaq”, “həddən aşırmaq”, 
“köksünü ötürmək”, “könlü yumşalmaq”, “könlünə düşmək”, 
“qəflət yuxusundan oyanmaq”, “qəm yemək”, “qiyamət qop-
maq”, “özündən getmək”, “özünə gəlmək”, “özünü oda sal-
1
Nümunələrin hamısı tərcümənin fotofaksimile nəşrindən götürülmüşdür.


163 
maq”, “sözündən dönmək”, “yüz çevirmək”, “yüz urmaq”, “ya-
xasını yırtmaq”, “yola düşmək” və s. 
“Əsrarnamə”də işlənmiş bir sıra sabit söz birləşmələri isə 
onların çağdaş dilimizdəki variantlarından həmin birləşmələrin 
tərkiblərindəki komponentlərdən birinin fərqi ilə seçilir. Belə sa-
bit söz birləşmələrindən bir neçəsi üç tərkiblidir və çağdaş dili-
mizdəki variantlarından fərqli cəhəti birləşmədəki ikinci sözdə-
dir. Məsələn, 
“başın qoynuna çəkmək”

başını qınına çəkmək, 
“başını yola qoymaq”

başını yerə qoymaq, “başına nələr gə-
türmək”

başına iş gətirmək, “boynuna kəmənd salmaq”

boy-
nuna ip salmaq
və s. Sonuncu frazeoloji vahidin 
“boynuna ip 
taxmaq”
variantı da “Əsrarnamə”də işlənmişdir. 
Aşağıdakı iki tərkibli frazeoloji vahidlər isə onların müasir 
variantlarından tərkiblərindəki köməkçi feillərlə fərqlənirlər: 
“qanad qaxmaq”

qanad çalmaq, “qulaq dutmaq”

“qulaq ur-
maq”

qulaq asmaq, “ələ salmaq”

ələ keçirmək, “yola gir-
mək”

yola düşmək, “kin tutmaq”

kin saxlamaq, “göz tut-
maq” 

göz dikmək
və s. Bu sabit söz birləşmələrindən 
“qulaq 
tutmaq”
Yusif Məddahın “Vərqa və Gülşah” poemasında, Füzu-
linin dilində, Xətainin “Dəhnamə”sində, 
“qulaq urmaq”
və 
“ələ 
girmək”
Nəsimi “Divan”ında, 
“yola girmək” 
“Kitabi-Dədə Qor-
qud”da, 
“göz tutmaq”
isə orta yüzilliklərin türkdilli yazılı abidə-
lərində işlənmişdir. 
“Əbsəm oturmaq”

“əlindən gələni qılmaq”

“can ısmarla-
maq”
sabit söz birləşmələri ilə onların müasir variantlarındakı 
fərq də tərkiblərindəki eyni mənalı bircə sözdədir: 
dinc oturmaq

əlindən gələni etmək

can tapşırmaq
. Birinci frazeoloji vahiddə 
baş söz - arxaik 
“əbsəm”
ismi eyni mənalı 
“dinc”
sifəti ilə, 
ikinci və üçüncü sabit söz birləşmələrində isə türkmənşəli arxaik 
feillər - 
“qılmaq”
və 
“ısmarlamaq”
eyni mənalı 
“etmək”
və 
“tapşırmaq”
feilləri ilə əvəz olunmuşdur. 
Abidədəki eyni mənalı 
“əgri göz”
və 
“əgri nəzər”
frazeo-
loji vahidləri də çağdaş dilimizdə 
“əyri gözlə baxmaq”
sabit söz 
birləşməsində qorunub saxlanmışdır. 
“Əgri göz”
Nəsiminin di-
lində də işlənmişdir. “Əsrarnamə”dəki 
“əmək çəkmək”
frazeolo-


164 
ji vahidinə də Nəsiminin dilində rast gəlirik
1
. Bu sabit söz birləş-
məsi hətta XX yüzillikdə - Cəfər Cabbarlının dilində işlənməsi-
nə baxmayaraq, çağdaş dilimizdə işləkliyini itirmiş və öz yerini 
ərəbmənşəli “zəhmət” ismi ilə formalaşmış 
“zəhmət çəkmək”
sabit söz birləşməsinə vermişdir. Qeyd edək ki, “Əsrarnamə”də 
“zəhmət çəkmək”
frazeoloji vahidi də işlənmişdir. “Əmək” ismi 
ilə formalaşmış daha bir sabit söz birləşməsi abidədə işlənmiş-
dir: 
“əmək basmaq”.
Bu frazeoloji vahidin orta əsrlərin türkdilli 
yazılı abidələrində işlənməsi qeydə alınmamışdır. “Əmək bas-
maq” frazeoloji vahidinin mənasını daha aydın olması üçün 
onun işləndiyi beytə diqqət yetirək: 
Ol əmək basmadı, sən basdın nəmək,
Yegdurur axır nəməkdən bil əmək. 
2
 
Beytin mənasından da göründüyü kimi, 
“əmək basmaq”
burada 
“əməyi itirmək”, “çəkilmiş əməyi yerə vurmaq”
məna-
sındadır. Qeyd edək ki, 
“əmək basmaq” 
çağdaş dilimizdəki 
“duz-çörək basmaq”
sabit söz birləşməsi ilə yaxın mənalıdır. 
Birinci frazeoloji vahiddə əməyin yerə vurulması qabarıq şəkil-
də nəzərə çarpdırılırsa, ikincidə söhbət duz-çörəyin itirilməsin-
dən gedir. Yeri gəlmişkən qeyd edək ki, elə bu beytdə Əhmədi 
məhz ikinci sabit söz birləşməsini də farsmənşəli 
nəmək
(duz) 
ismi ilə işlətmişdir: 
“nəmək basmaq”.
Beytin farsca qarşılığı 
yoxdur, o, Əhmədinin tərcüməyə artırdığı əlavədir. 
“Əsrarnamə” tərcüməsindəki frazeoloji vahidlərdən biri isə 
çağdaş dilimizdə leksik tərkib baxımından heç bir dəyişikliyə 
uğramadan işlənsə də, abidədə daşıdığı mənanı itirmişdir. Bu, 
“əl götürmək”
sabit söz birləşməsidir. Abidədə iki beytdə bu 
frazeoloji vahid 
“əl qaldırmaq”, “əl açmaq”, “əlini dua üçün 
göyə qaldırmaq”
mənasında işlənmişdir: 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin