Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə92/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   88   89   90   91   92   93   94   95   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
İvərmək
- göndərmək; yetirmək, çatdırmaq: 
 
İvərdi
 qeysər ana zəhri-pürcuş,
Alub şərbət kimi qıldı anı nuş.
“Əsrarnamə”nin giriş hissəsində olan bu beyt tərcümənin 
fotofaksimile çapında da vardır Maraqlıdır ki, 
“ivərmək”
sözü 
kitabdakı əlavə sözlükdə 
“ayurmaq” 
kimi verilmişdir. Qeyd 
edək ki, 
“ayırmaq”
sözü “Əsrarnamə”də bir neçə yerdə işlənmiş 
və “ivərmək”dən fərqli olaraq “mədd”lə, özü də “vav”sız yazıl-
mışdır. Bundan əlavə beytin məzmunundan da göründüyü kimi, 
“ivərmək”
sözü mənaca da 
“ayırmaq” 
sözünə uyğun gəlmir və 
tamam başqa anlamı daşıyır. Bu söz daha iki beytdə 
“göndər-
mək” mənasında
işlənmişdir: 
 
Dedi, ey xacə, 
ivərmək
 maidə,
İncidəndən sonra nədir faidə.
 
Tez 
ivərgil
 bir tolu səhn pilav,
İki ətmək dəxi xəlqə qılma çav.
Birinci beyt hər iki nüsxədə eynidir, bu fakt isə 
“ivərmək”
feilinin “Əsrarnamə”nin hər iki nüsxəsində işlənməsini göstərir 
(buna baxmayaraq, o, sözlüyə düşməmişdir). İkinci beyt də hər 
iki nüsxədə vardır, yalnız fərq bundadır ki, birinci əlyazmanın 
katibi, görünür, 
“ivərgil”
sözünün artıq köhnəldiyini və işlən-
mədiyini nəzərə alaraq onu yaxın mənalı 
“yetürgil”
sözü ilə 
əvəz etmişdir. Bizcə, birinci əlyazmanın elə həmin vərəqindəki 
aşağıdakı beytdə işlənmiş 
“verəməzsən”
sözü də 
“ivərmək” 
feli-
nin dəyişdirilmiş variantıdır. Üçüncü hekayətdən götürülmüş yu-
1
Hacıyeva Z.
 
Suli Fəqih. Yusif və Züleyxa. Bakı, 1991. səh.8 


169 
xarıdakı beytdə dilənçi Allaha müraciətlə deyir ki, tez bir boşqab 
dolu plov göndər. Dilənçi oturub plovu gözləyir, lakin plov gəl-
mədiyi üçün o hirslənərək deyir: 
Dedi: ya Rəb, çün verəməzsən bunı, 
Yıx bu məscidi rəvan öldür bəni. 
Yuxarıdakı beytdə söhbət 
“göndərmək
”dən getdiyi üçün
bizcə, burada da 
“verəməzsən”
sözünün yerində Əhmədinin qə-
ləmindən çıxmış əsl nüsxədə 
“ivərməzsən” 
sözü işlənibmiş. 
İkinci nüsxənin katibi isə bu sözü 
“ayrumazsan”
şəklində yaz-
mışdır. Bu sözlər yazılışca da bir-birinə oxşadığından katiblər 
onun yazılışında bəlkə də səhvə yol vermişlər. “Əsrarnamə”nin 
Türkiyədə nəşr olunmuş tənqidi mətnində “ivərmək” feili “ge-
türmək” şəklində verilmişdir . 
“İvərmək”
feili XVI əsr şair-mütərcimi Həzininin “Hədisi-
ərbəin” tərcüməsində də aşağıdakı iki beytdə işlənmişdir: 
Dedi, ey xatun, munı algil rəvan
Kim, sizə sultan 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin