182
Qeybətə başladı qovmi
yer-yerin
,
Dedilər Həq munı rədd etdi, yəqin
Çün namazın qıldılar, ey din əri,
Yer-yerin
götürdülər ol sərvəri.
Qeyd edək ki, Ş.Xəlilovun monoqrafiyasında
eyni şəkildə
düzəlmiş
“bir-birin”
mürəkkəb tərzi-hərəkət zərfinin abidədə iş-
lənməsi göstərilmiş,
“yer-yerin”
isə unudulmuşdur. Maraqlıdır
ki,
“yer-yerin”
XIV əsr müəllifi Yusif Məddahın “Vərqa və
Gülşah” əsərində də işlənmişdir:
Qapdı Gülşahı Bəni Əmri-lə’in,
Aydurdi, həmlə qılun yer-yerin.
1
Bu yazılı abidədə işlənmiş mürəkkəb
tərzi-hərəkət zərfləri
sırasında yenə də eyni tipli
“bir-birin”
göstərilmiş,
“yer-yerin”
isə nəzərdən qaçırılmışdır. Tərkibində “bə” fars önqoşması olan
“yerbəyerdən” mürəkkəb tərzi-hərəkət zərfi çağdaş dilimizdə ey-
ni mənanı daşıyır.
“Yer-yerin”
mürəkkəb
tərzi-hərəkət zərfi
XIV-XVI əsrlərə aid türkdilli yazılı abidələrdə, o sıradan XVI
əsr Azərbaycan şairi-mütərcimi Həzininin “Hədisi-ərbəin” tərcü-
məsində bol-bol işlənmişdir Beləliklə, bütün bu deyilənlər sübut
edir ki, XV əsr Azərbaycan şairi-mütərcimi
Əhmədi Təbrizinin
“Əsrarnamə” tərcüməsi klassik Azərbaycan tərcümə ədəbiyyatı-
nın başlıca səciyyəvi xüsusiyyətlərini özündə birləşdirməklə ya-
naşı, eyni zamanda dilimizdə tarixən işlənmiş bir sıra qədim və
nadir türk sözlərinin də əyani təmsilçisidir. Bu dəyərli yazılı abi-
dənin qeyd edilən səciyyəvi xüsusiyyətləri onu haqlı olaraq həm
tərcümə tariximizin, həm də ədəbi dil
tariximizin tədqiqi üçün
zəngin və dəyərli mənbələrdən biri kimi dəyərləndirməyə tam
əsas verir.
1
Qəhrəmanov C., Hacıyeva Z. Yusif Məddah. Vərqa və Gülşah. Bakı, 1988.
səh.115.