Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə102/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   98   99   100   101   102   103   104   105   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

cinas qafiyələrdən
bol-bol is-
tifadə olunmuşdur. Maraqlıdır ki, Həzininin işlətdiyi cinas qafi-
yələrin çoxu doğma türk dilinin özünə məxsus sözlərindən iba-
rətdir. Həzininin bu qəbildən olan cinas qafiyələr işlətdiyi aşağı-
dakı iki beytə nəzər salaq: 
 
Biri dəxi atdı bir 
oxı yenə
,
Yəni bu ayətdürür, 
oxı yenə
... 
Ərş ayağına gələ ol dəm 
yenə
,
Pəs rəvan anda Büraqdan 
yenə

Həzini birinci nümunənin ilk misrasında "ox" ismini təsirlik 
halda - "oxı" şəklində, ikinci misrada isə "oxumaq" felini əmr 
şəklində - "oxı" kimi işlətməklə uğurlu cinas yaratmışdır. İkinci 
nümunədə qafiyə yerində işlənən "yenə" sözlərinin birincisi 
zərfdir, "bir daha" anlamındadır; ikinci misradakı "yenə" sözü 
isə "yenmək" (enmək) felinin arzu şəklidir. Göründüyü kimi, 
Həzini birinci beytdə isə qafiyə yerində işlənən "yenə" sözləri-
nin hər ikisini "bir daha" anlamında işlətmişdir. Qeyd edək ki, 
hər iki beytdə qafiyə yerində işlənən cinas sözlər türkmənşəli 
sözlərdir. 
Şair-mütərcim aşağıdakı beytlərdə də cinas qafiyələr işlət-
mişdir: 
 
Der birinə dəx yüziniŋ nurin 
al

Zərd ola ta çehrəsi, qalmaya 
al
... 
Bir dəxi ki, içməmişəm 
badə mən

Vermədim anıŋla ömri 
badə mən

 
Birinci nümunədəki qafiyə yerində işlənən "al" sözləri də 
cinasdır: ilk misrada o, feil kimi, ikinci misrada isə sifət kimi- 
"qırmızı" mənasında işlənmişdir. İkinci nümunədəki "badə mən" 


188 
cinasının birincisindəki "badə" (qədəh) sözü isimdir, ikincisində 
isə frazeoloji birləşmənin tərkib hissəsidir: "ömrü bada vermək". 
Nəzmlə qələmə alınmış əsərlərin leksikası vəzn və qafiyə-
nin doğurduğ məhdudiyyətlər üzündən nəsr əsərlərinə nisbətən 
çox da zəngin hesab olunmur. Lakin bu məsələdə, sözsüz ki
poetik əsərlərin hamısına eyni gözlə baxmaq doğru olmazdı. Be-
lə ki, türk dillərində klassik üslubda qələmə alınmış lirik şeirlər-
lə danışıq dilinə yaxın bir üslubda yazılmış məsnəvilər arasında 
bu baxımdan mövcud olan fərq nəzərə çarpacaq dərəcədədir. Bu 
da təbiidir, çünki lirik şeirlərdə sənətkarlıq məsələlərinə daha 
çox üstünlük verildiyi halda, türkdilli məsnəvilərin çoxunda baş-
lıca diqqət əxlaqi-tərbiyəvi məsələlərə, didaktikaya yönəlmişdir. 
Bu amil, eləcə də lirik şeirlərdə mövzu əhatəsinin darlığı və ək-
sinə, məsnəvilərdə genişliyi, aydındır ki, sonuncuların dilinə də 
öz güclü təsirini göstərməyə bilməzdi. Bu mənada, sözsüz ki, li-
rik əsərlərlə müqayisədə məsnəvilərdə xalq danışıq dilinə yaxın-
lıq və ondan bəhrələnmə, qidalanma meyilləri daha güclüdür. 
Təsadüfi deyil ki, ilk anadilli abidələrimizdən olan "Dastani-Əh-
məd Hərami", Yusif Məddahın "Vərqa və Gülşah", Suli Fəqihin 
və Mustafa Zəririn "Yusif və Züleyxa", Əhmədinin "Əsrarnamə" 
məsnəvilərinin tədqiqatçıları həmin əsərlərin bu səciyyəvi xüsu-
siyyətini ayrıca olaraq qeyd edirlər. Həzininin "Hədisi-ərbəin" 
tərcüməsini də bu baxımdan həmin məsnəvilərlə bir sıraya qoş-
maq olar. Qeyd etməliyik ki, Həzini tərcüməsinin nümunəsində 
bu məsələdə, sözsüz ki, əsərin amacı, qayəsi, ideyası, hansı 
məqsədlə qələmə alınması da mühüm rol oynamışdır. Belə olan 
halda, aydındır ki, həmin əsər mümkün qədər sadə şəkildə − nə-
zərdə tutulduğu geniş xalq kütlələrinin başa düşüləcəyi bir dildə 
yazılmalı idi. Bu isə öz-özlüyündə tərcümənin leksikasının zən-
ginliyi, lüğət tərkibinin rəngarəngliyi deməkdir. 
Yuxarıda adlarını çəkdiyimiz məsnəvilər kimi, Həzini tər-
cüməsinin də lüğət tərkibinin əsasını türkmənşəli sözlər təşkil 
edir. Bu sözlərin böyük əksəriyyəti müasir ədəbi dilimizdə, de-
mək olar ki, heç bir dəyişikliyə uğramadan və ya cüzi fonetik 
dəyişikliklə işlənir. Lakin onların içərisində elələri də vardır ki, 


189 
zaman keçdikcə unudulmuş və yavaş-yavaş ədəbi dildə işləklik 
xüsusiyyətini itirmişdir. Bu sözlərdən bəziləri isə zaman keçdik-
cə istər şəkilcə, istərsə də mənaca müəyyən dəyişiklərə uğradıq-
ları üçün həmin sözlərin müasir ədəbi dilimizdəki şəkillərindən 
müəyyən qədər fərqlənirlər. Bu qəbildən olan sözlər dilçilik ədə-
biyyatında "arxaizmlər" adı altında öyrənilsə də, unutmaq olmaz 
ki, "müasir dil üçün arxaik sayılan bir söz əvvəlki dövrlər üçün 
aktiv lüğət vahidi hesab edilir"
1
. Bundan əlavə, dilin inkişafının 
müəyyən dövrlərində unudulan ayrı-ayrı sözlər sonralar yenidən 
dilə qayıdaraq vətəndaşlıq hüququ qazanır. Hazırda mətbuatda, 
radio və televiziyada işlənən “altun”, “gizir”, “çavuş”, “tapın-
maq”, “suçlamaq”, “ismarlamaq” və s. kimi sözlər buna misal 
ola bilər. 
Tərcümədə işlənmiş və hazırda ədəbi dilimiz üçün arxaik 
səciyyə daşıyan 
türkmənşəli sözlərin
çoxuna orta yüzilliklərə aid 
digər Azərbaycan yazılı abidələrində də rast gəlirik. Lakin bu 
qəbildən olan leksik vahidlər içərisində elələri də vardır ki, onla-
ra yazılı abidələrimizdə ya ümumiyyətlə təsadüf olunmur, ya da 
nadir hallarda rast gəlinir. Öncə həmin sözləri nəzərdən keçirək: 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin