190
işlənmişdir. Qeyd edək ki, Mustafa Zəririn məsnəvisinin Bakı
nəşrinin sonunda verilən əski türk sözləri lüğətinə "anca" sözü
daxil edilməmişdir. V. Radlov bu leksemi "ança" şəklində qeydə
almışdır
1
.
Arxuru
– əyri, tərs, tərsinə
:
Keçə qaburğaları ol dəm qamu,
Heybətindən bir-birindən
arxuru
.
Öncə
qeyd edək ki, bu söz tərcümənin yalnız Bakı nüsxə-
sində işlənmişdir. Bursa nüsxəsinin katibi, görünür, sözün məna-
sını anlamamış, ona görə də onun əvəzində qafiyə yerinə "ey
ulu” xitabını yazmışdır. "Arxuru" sözü "arquru" şəklində uyğur
yazısı ilə köçürülmüş əski türk mətnlərində, eləcə də orta əsrlər
türkdilli yazılı abidələrində eyni mənada işlənmişdir. "Tarama
sözlüyü"ndə "arquru-arquru" (bir-birinin tərsinə, çarpaz), "arqu-
ru çıxmaq" (yolunu kəsmək, qarşısına çıxmaq), "arquru gəlmək"
(qarşı qoymaq, qarşısına çıxmaq), "arqurusuna" (eninə), ifadələ-
ri də qeydə alınmışdır. Bu sözə Azərbaycan yazılı abidələrindən
yalnız "Kitabi-Dədə Qorqud"da rast gəldik: "
Qapı eşiyi üzərində
ərquru buraxmışlardı
"
2
. Eposun 1988-ci il Bakı nəşrində "bu-
raxmışlardı” sözü "yer qomuşlardi” kimi oxunmuş və cümlə bü-
tövlükdə dastanın müasir variantında bu şəkildə verilmişdir:
"
Eşikdə, qapı ağzında quru yerdə qoymuşdular
"
3
. Göründüyü
kimi, "arquru" sözü burada "quru" kimi qəbul edilmişdir, halbu-
ki kitabdakı nüsxə fərqlərinin müəllifi
professor Samət Əlizadə
daha öncəki vərəqdə bu sözü doğru olaraq Mahmud Kaşğaridəki
"arğu-iki dağ arası, uçurum" anlayışı ilə bağlamış və "arqırı söylə-
mək" ifadəsini "haçalı, ikibaşlı danışmaq" kimi şərh etmişdir
4
.
1
Радлов В.В. Опыт словаря тюркских наречий. т.1-1У. Спб., 1888-1911.
с.241
2
Kitabi-Dədə Qorqud (tərtibçi: H.Araslı). Bakı, 1962. səh.78
3
Kitabi-Dədə Qorqud (tərtibçilər: F.Zeynalov, S.Əlizadə). Bakı,1988. səh.172
4
Yenə orada, səh.232
191
Bizcə, "arquru" sözü burada da elə "əyri", "tərs" anlamında işlən-
mişdir: "arquru söyləmə"- tərs danışma. Yuxarıdakı
cümlədə də
"arquru" sözü göstərdiyimiz mənadadır və "arquru buraxmışlardı"
ifadəsini "önünə, tərsinə uzatmışdılar" kimi anlamaq düzgündür.
Dostları ilə paylaş: