181
“dona qalmaq” şəklində eyni mənada işlənməsi qeydə alınmış-
dır. Dilimizin qərb qrupu şivələrində isə qədim türk sözü olan
“taŋ”, “daŋ” ismi “gəlmək” feili ilə birgə eyni
mənada işlənir
1
.
Urunmaq
- çırpınmaq, özünü ora-bura vurmaq:
Hər zaman
urunur
ol sola-sağa,
Bir məcal istər qəfəsdən uçmağa
.
“Urmaq” (vurmaq) felinin qayıdış növü olan
“urunmaq”
Mahmud Kaşğari “Divan”ında və “Kutadğu bilig”də “sıxılmaq”,
“büzüşmək”, “dartılmaq”, “gərilmək” mənalarında işlənmişdir.
“Əsrarnamə”dəki bu yeganə beytdə isə “urulmaq” onun məlum
növünə - “urmaq”a daha yaxın olan yuxarıdakı mənanı bildirir.
Bu söz Radlovun lüğətində “ərənmək” şəklində qeydə alınmışdır.
Dostları ilə paylaş: