192
Imızqanmaq
- yuxulamaq, mürgüləmək, azacıq uyumaq
:
Var idi Tövrat içində yazılu,
Taŋrı uyumaz, həm
ımızqanmaz
deyü.
Qədim türk mətnlərində rast gəlmədiyimiz bu feil orta çağ-
lar türkdili yazılı abidələrindən Qütbün "Xosrov və Şirin" tərcü-
məsində və XIV-XVIII əsrlərə aid Osmanlı ədəbiyyatında işlən-
mişdir. Professor Əmir Nəcib bu felin Rəbğuzinin "Qisəsül-ən-
biya" əsərində "ımızğa bolmaq" şəklində işləndiyini və onun
"ımız" (mürgü) ismindən əmələ gəldiyini qeyd edir. Maraqlıdır
ki, bu feil çağdaş türk dillərinin heç birində işlənmir.
Dostları ilə paylaş: