Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə108/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   104   105   106   107   108   109   110   111   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Yavutmaq
- yaxınlaşdırmaq, yaxına buraxmaq; layiq bil-
mək, rəva bilmək, rəva görmək

 
Görərəm eylə kərih mövti aŋa,
Necə kim oğluna 
yavutmaz
 ata. 
"Yavutmaq" sözü qədim türk mətnlərindən "Kutadğu bi-
lig"də eyni mənada işlənmişdir. Həzininin tərcüməsində yalnız 
bu nümunədə işlənən "yavutmaq" sözü də eyni mənadadır: 
Ölü-
mü mən ona elə iyrənc (yaraşmayan) görürəm (sayıram)

Necə 
ki ata [ölümü] oğluna yaxına buraxmaz (rəva bilməz)
. Qeyd 
edək ki, "yavutmaq" feli qədim türk sözü olan "yavumaq" (ya-
xınlaşmaq) feilindən düzəlmişdir, daha doğrusu, onun təsirli for-
masıdır. "Yavumaq" feili "yaxınlaşmaq" mənasında qədim türk 
mətnlərində işlənmişdir. Sözügedən mətnlərdə "yağmaq" sözü-
nün dəeyni mənada işlənməsi qeydə alınmışdır. Bəlli olduğu ki-
mi, "yağmaq" sözü müasir ədəbi dilimizdə yalnız "yağış” və 
"qar" isimləri ilə işlənir. V.Radlovun lüğətində də istər "yavu-
maq" feili, istərsə də onun təsirli şəkili olan "yavutmaq" qeydə 
alınmışdır. Qeyd edək ki, müasir dilimiz üçün çox da işlək ol-
1
Наджип Э.Н. Историко-сравнительный словарь тюркских языков XIV 
века. М., 1976, с.314


197 
mayan, lakin klassik ədəbiyyatımızda bol-bol işlənən "yavuq" 
(yaxın) sifəti yuxarıdakı sözlərlə eyniköklüdür və "yavumaq" fe-
ilindən düzəlmişdir: yavu + q (müqayisə et: soyu + q). "Yavuq" 
sifəti, eləcə də ondan düzəlmiş "yavuqluq" ismi də qədim türk 
sözlərindəndir. Bunu həmin sözlərin qədim türk mətnlərində iş-
lənməsi sübut edir. Qədim türk mətnlərində "yavutmaq" və "ya-
ğutmaq" feilləri də müvafiq olaraq "yaxınlaşmaq" və "yaxınlaş-
dırmaq" mənalarında işlənmişdir . Bu sözlər yuxarıdakı feillərin 
fonetik variantları sayıla bilər. Orta yüzilliklərə aid digər Azər-
baycan-türk mətnlərində bu sözlərin heç birinə rast gəlmirik. 
Maraqlıdır ki, Əbu Həyyanın 712/1313-cü ildə tamamladığı "Ki-
tab əl-idrak li-lisan əl-ətrak" əsərində "yavutmaq" feilinə rast 
gəlmirik. Türk dilinə dair bu dəyərli qaynaqda eyni mənada "ya-
vuqlatmaq" feli işlənmişdir
1
. "Yavuq”sifətindən düzəlmiş bu fe-
lə əsasən düşünmək olar ki, eynimənalı "yavutmaq" və "yavuq-
latmaq" feillərindən birinin bu sözün daha qədim və əski varian-
tı, ikincisi isə nisbətən sonrakı dövrün məhsuludur. Onu da əlavə 
edək ki, "yavuq” sifətindən "yavuqlaşmaq" (yaxınlaşmaq) feili 
də düzəlmişdir ki, o, yaxın dövrə qədər Azərbaycan ədəbi dilin-
də geniş işlənmişdir. Müasir ədəbi dilimizdə isə "yavuqlaşmaq" 
lekseminin işlənmə dairəsi daralmış və onun yerini eynimənalı 
"yaxınlaşmaq" feili tutmuşdur. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin