Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

 
 
SİLİKATLAR TEXNOLOGİYASI 
 
Silikat sənayesi bir neçə müstəqil sənaye sahəsinə bölünür. Bunlardan ən əsasları 
saxsı məmulatları, yapışdırıcı maddələr və şüşə istehsalı sənayesidir.
Silikat texnologiyası dedikdə, tərkibində SiO
2
olan müxtəlif minerallar və onların 
qarışığının süni yolla alınması, minerallar və onların qarışığından müxtəlif məmulatların 
hazırlanması, şüşə və şüşə məmulatlarının istehsalı nəzərdə tutulur. Silikat sənayesinin 
buraxdığı material və məmulatlar özlərinə məxsus xassəyə malikdir. Xassələrdəki bu 
müxtəliflik silikatların struktur elementi olan [SiO
4

–4
ionunun tetraedrik quruluşu ilə 
izah olunur. Bu struktur üçün Si 
+4
və O 
–2
ionları arasındakı rabitənin çox davamlı 
olması xarakterikdir. Bu səbəbdən də bir çox silikatlar yüksək bərkliyə, yüksək 
temperatura davamlılığa, yüksək ərimə temperaturuna malikdir.
Silikat sənayesi üçün xammal olaraq dağ süxurları, mergel, əhəngdaşı, tabaşir, 
dolomit, kvars qumu, tuf, trepel, çöl şpatı, nefelin və s. işlədilir. Silikat sənayesinin 
xammalı kimi domna sobalarından alınan şlak, nefelin şlamı və s. də işlədilə bilər. 
Silikat xammalarının tərkibi silikatlar, alümosilikatlar və silikat turşusunun digər 
duzlarından ibarətdir.
Silikat sənayesinin məhsulları xalq təsərrüfatında çox böyük əhəmiyyətə malikdir. 
Bu sənayenin əsas məhsullarından sement, şüşə, kərpic, örtük materialları, elektrik
istilik və səsi izolə edən materiallar, kimyəvi davamlı materiallar, radio, televiziya və 
optika sənayesi üçün lazım olan məmulatlar, kimyəvi qablar, taralar, bədii məmulatlar, 
məişət əşyaları və s. daha çox işlədilir.


37 
Son zamanlar silikat sənayesi yeni məhsullar – kimyəvi davamlı materiallar, tökmə 
üsulu ilə alınan bəzi inşaat materialları, üzvi şüşələr, silisium üzvi birləşmələr də 
istehsal edir.
Silikat sənayesinin əsas texnoloji prosesləri aşağıdakılardır: 
1. Xammalın xırdalanması, üyüdülməsi və qarışdırılması; bu əməliyyatlar 
xammal bərk halda olduqda bütün texnoloji proseslər üçün ümumidir.
2. Əmələ gələn şixtanın yüksək temperaturda emalı. Bu əsas mərhələdir. Bu 
mərhələdə mineralların sintezi və şüşə kütləsinin əmələ gəlməsi başa çatır.
3. Şixtanın 
diqqətlə qarışdırılması, formalara tökülməsi, formaların 
qurudulması və s. 
Göstərilən mərhələlər həlledici mərhələlərdir. Bunlardan başqa istehsal olunan 
məmulatın xarakterindən asılı olaraq digər mərhələ və proseslər də mövcuddur.

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin