Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

 
Şüşə istehsalı 
 
Şüşə öz xassələrinə görə digər silikatlardan fərqlənir. Onun optiki xassələri – 
şəffaflığı, böyük hissəciklərdə optiki göstəricilərin eyni olması və vaxtdan asılı 
olmayaraq optiki göstəricilərin dəyişməməsi ən qiymətli xassələridir. Digər tərəfdən 
şüşə bərkdir və turşuların təsirinə qarşı kimyəvi cəhətdən çox davamlıdır. Şüşənin 
çatışmayan cəhətləri onun kövrək olması, temperatura qarşı davamlı olmaması və 
istiliyi pis keçirməsidir. Şüşənin kimyəvi tərkibini dəyişməklə ona lazım olan optiki 
xassələr vermək mümkündür. 
Şüşələr öz tərkiblərinə və tətbiq sahələrinə görə müxtəlif olur. Şüşələrin hamısının 
tərkibi çoxkompenentlidir. Yalnız kvars şüşəsi birkomponentli olub, kremnezemdən 
(SiO
2
) hazırlanır.
Bütün növ şüşələr soyuduqda bərk hala keçməsinə baxmayaraq onların kristal 
quruluşu bərk maddələrin kristal quruluşundan fərqlənir. Şüşənin kristal qəfəsi düzgün 
həndəsi fəza qəfəsi deyil. Digər tərəfdən şüşə bərk maddələrdən fərqli olaraq sabit ərimə 
temperaturuna malik olmur. Ümumi halda şüşənin tərkibini xR
2
O · yRO·zRO
2
kimi 
ifadə etmək olar. Burada:
R
2
O –qələvi metal oksidlərini (N
2
O, K
2
O, Li
2
O və s.) 


41 
RO – qələvi-torpaq metal oksidlərini (CaO, BaO) və ağır metal oksidlərini (PbO, 
FeO, ZnO, MnO, CrO). 
RO
2
isə SiO
2
, Al
2
O
3
, B
2
O
3
, P
2
O
5
və s. oksidləri göstərir. 
Ən çox işlənən şüşə üçkomponentli sistem olub, Na
2
O · CaO·6SiO
2
formulu ilə 
ifadə olunur.
Şüşə istehsal etmək üçün işlədilən süni və təbii xammallar beş qrupa bölünür:
1.Şüşə əmələ gətirən maddələr: kvars qumu SiO
2
, soda Na
2
CO, potaş K
2
CO
3

natrium sulfat Na
2
SO
4
, əhəngdaşı və ya tabaşir CaCO
3
, maqnezit MgCO
3
, dolomit 
CaCO
3
·MgCO
3
, barit BaSO
4
, kaolin Al
2
O
3
·2SiO
2
·2H
2
O, borat turşusu H
3
BO
4
, bura 
Na
2
B
4
O
7
, surik Pb
3
O
4
və s. 
2.Boyalar: şüşədə kolloid məhlul əmələ gətirən metalların oksidləri, məsələn, 
Cu
2
O. şüşəni qırmızı rəngə, CuSO

göy rəngə, Cr
2
O
3
, FeO yaşıl rəngə boyayır. 
3.Rəngboğanlar : bu maddələr şüşənin şəffaflığını itirir və onu süd kimi bulanıq 
edir. Belə maddələrdən arsenin, qalayın və qurğuşunun oksid və sulfitlərini göstərmək 
olar.
4.Rəngsizləşdiricilər: belə maddələri əlavə etdikdə şüşədə olan sarı və digər az 
intensiv rənglər aradan qalxır. Məsələn, MnO
2
əlavə etdikdə FeO-dan əmələ gələn zəif 
yaşıl rəng itir.
5.Qaz qabarcıqlarından azad edən maddələr: bu maddələr şüşə kütləsinin bütöv 
olmasını təmin edir. NaNO
3
, NH
4
Cl və s. belə maddələrdəndir. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin