KIMYA
ELMLƏRİ
31
İon maye katalizatorlarının təsirilə sintez
İon mayesi olan morpholiniumhidrosulfat katalizatorunun təsirilə üç komponentli reak-
siya yolu ilə 1,2-dikarbonil, aromatik və ya alifatik aldehidlər və ammonium asetatın tsiklo-
kondensasiyasından 100 ˚C-də, həlledicisiz mühitdə 2,4,5-üçəvəzli imidazollar sintez edilmiş-
dir. Katalizatorun əsas üstünlükləri təkrar istifadə olunma qabiliyyəti, reaksiya məhsulların-
dan qeyri xromotoqrafik üsullarla ayrılması, reaksiyanı qısa müddətdə və yüksək çıxımla
aparmasıdır, 2,4,5-üçəvəzli imidazollarln çıxımı 94-98 % [23].
2,4,5-üçəvəzli imidazolların effektli, ekoloji təmiz və iqtisadi cəhətdən əlverişli sintezi üçün
aktiv və yenidən istifadə edilə bilən 1-metilimidazolium hidrosulfat ion maye katalizatorundan isti-
fadə edilmişdir. Sintez üçün 3 ml etanola benzil (1 mmol), aldehid (1 mmol), ammonium asetat (10
mmol) və [Hmim]HSO
4
(10 mol%) əlavə edilmiş və 75 ˚C qızdırmaqla qarışdırılmışdır. Reaksiya-
nın tamamlanması TLC vasitəsilə yoxlanmış, alınmış qarışıq Et
2
O (3 x 10 ml) ilə yuyulmuşdur.
Alınmış məhsul 25 %-li etilasetat/neft qarışığından yenidən kristalizasiya edilmişdir, 2,4,5-üçəvəzli
imidazolların çıxımı 80-97 % [24].
Reaksiya bitdikdən sonra katalizator Et
2
O (3 x 10 ml) ilə yuyulmuş 80 ˚C-də qurudulmuş və
aktivliyini itirməməklə 5 dəfə təkrar istifadə edilmişdir.
Sadə və effektli üsul kimi benziltrifenilfosfonium xlorid (BTPPC) katalizatorunun iştirakı ilə
benzil/benzoin, aromatik aldehid və ammonium asetatdan həlledicisiz şəraitdə, 100 ˚C-də lofin törə-
mələri (2,4,5-üçəvəzli imidazollar) sintez edilmişdir. İstifadə edilən katalizator asan alına bilən və
ucuz katalizator olmaqla üçəvəzli imidazolların yüksək məhsuldarlıqla sintezinə imkan verir [25].
Dostları ilə paylaş: