Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə26/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   22   23   24   25   26   27   28   29   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 
 
İmidazol həm əsasi həm də turşu xassələrinə malik olduğu üçün amfoterdir. Turşu kimi 
(pKa=14.5) karbon turşuları, fenollar və imidlərdən zəif, lakin spirtlərə nisbətən daha güclü əsasdır. 
Turşu protonu 1 vəziyyətində yerləşən N atomuna birləşmişdir. İmidazol piridinə nisbətən təqribən 
altmış dəfə daha güclü əsasdır. Bu isə rezonans qarşılıqlı təsirin 3 vəziyyətində olan azot atomunun 
əsaslıq xassəsini artırması ilə izah edilir [2]. İmidazolun bəzi rezonans strukturları verilmişdir: 
 
 
İmidazol törəmələri kompleks xassələrə malikdirlər. Bu birləşmələr müxtəlif farmakoloji po-
tensialına görə bioloji aktiv heterotsiklik birləşmələr içərisində böyük maraq doğururlar. Son onil-
liklərdə imidazollar dərman maddələrinin sintezi və müxtəlif xəstəliklərin müalicəsində daha çox is-


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
28 
tifadə olunurlar[ 3,4]. Bu birləşmələr antibakterial, antimalyariya, xərçəng əleyhinə, anti-HİV, anti-
iltihab, analgetik, antiallergik, antidiabetik və s. kimi əhəmiyyətli bioloji aktivliyə malikdirlər 
[5,6,7]. İmidazol halqası histidin, histamin, purin, nuklein turşusu və
s. 
bir neçə təbii məhsulların 
tərkib hissəsi kimi mövcuddur [8]. Halqa əsasən çay yarpaqları və qəhvə dənəciklərində rast gəlinən 
teofilin molekulunun tərkib hissəsinə daxildir belə ki, mərkəzi sinir sistemini stimullaşdıran təsiri 
vardır. Bunlarla yanaşı imidazol törəmələrinin sənayedə müxtəlif tətbiq sahələri vardır. Bir çox me-
talların elektrik keçiriciliyində bu birləşmələr kooroziya inhibitoru kimi tətbiq olunmaqdadırlar. Xü-
susilə sulu sistemlərdə korroziyaya görə misin keçiriciliyi azaldığı üçün korroziyanın qarşısının 
alınmasında imidazol törəmələri istifadə edilir. Tərkibində imidazol saxlayan texniki və sənaye əhə-
miyyətli bir çox maddələr vardır. Tərkibində benzol halqasına birləşmiş imidazol halqası saxlayan
polibenzimidazol yüksək termostabilliyə malikdir və yanğının söndürülməsində istifadə olunur. 
İmidazol halqasına həmçinin fotoqrafiya və elektronikada istifadə edilən müxtəlif birləşmələrin tər-
kibində rast gəlinir [9,10]. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin