GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
32
1-butil imidazolium tetrafluorborat ([Hbim]BF
4
) ion maye katalizatorunun təsirilə 1,2-diketon
və ya α-hidroksi keton, ammonuim asetat və aromatik aldehidlərin kondensasiyasından yüksək
çıxımla 2,4,5-triaril imidazollar sintez edilmişdir (çıxım 87-96 %). Katalizatorun effektivliyi onun
turşuluğu və polyarlığı ilə izah edilmişdir. İon maye katalizatoru sadə işləmə prinsipinə malik
olmaqla ub reaksiyada təkrar istifadə oluna bilir [26].
İon mayesi olan dietilammoniumhidrofosfat katalizatorunun təsirilə 1,2-dikarbonil birləşməsi,
aldehidlər və ammonyak mənbəyi kimi ammonium asetatın üçkomponentli tsiklokondensasiyasın-
dan həlledicisiz mühitdə 2,4,5-üçəvəzli imidazollar sintez edilmişdir. İşin asanlığı, effektiv qeyri
xromotoqrafik üsulla ayrılan və təkrar istifadə edilə bilən katalizator, məhsuldarlığın çoxluğu və re-
aksiya vaxtının qısa olması ilə prosesin üstün cəhətlərindəndir. Reaksiya məhsullarının çıxımı 86-98
% təşkil etmişdir [27].
Benzil, aromatik aldehid, aminlər və ammonium asetatdan 1,2,4,5-dördəvəzli imidazolların
sintezində səmərəli, ekoloji təmiz, təkrar istifadə edilə bilən katalizator kimi 3-Metil-1-(4-sulfo tur-
şu)butilimidazolium hidrosulfat [(CH
2
)
4
SO
3
HMIM] [HSO
4
] ion maye katalizatorundan istifadə
edilmişdir. Reaksiyalar həlledicisiz şəraitdə aparılmışdır. Katalizator əhəmiyyətli dərəcədə katalitik
aktivliyini itirmədən bir neçə dəfə istifadə edilə bilir [28]. Üsulun çatışmayan cəhəti reaksiya vaxtı-
nın uzun (2-2,5 saat) olmasıdır, 2,4,5-üçəvəzli imidazolların çıxımı 85-95 %.
Mikrodalğalı sintez
Ekoloji təmiz və səmərəli üsul kimi, mikrodalğa (MD) şüaları altında, həlledicisiz və kataliza-
torsuz şəraitdə benzil, aromatik aldehid və ammonium asetatın tsiklokondensasiyasından birmərhə-
ləli reaksiya yolu ilə 2,4,5-triaril imidazollar sintez edilmişdir. Tədqiqat işi qısa reaksiya vaxtı (3-5
dəq.), yüksək məhsuldarlıq (80-99 %), ekoloji təmizlik və asan iş proseduru kimi üstünlüklərə ma-
likdir [29].
Dostları ilə paylaş: