KIMYA
ELMLƏRİ
27
PACS 65-018
ÜÇ VƏ DÖRDƏVƏZLİ İMİDAZOLLARIN SİNTEZİ
A.M.Məmmədov, R.Ə.Cəfərova, B.M.Əliyev, R.R.Məmmədova, N.S.Orucova
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutu, Az 1025, Baku, Xocalı 30
ayaz.mamedov.nmr@gmail.com
Fizioloji aktiv maddələri selektivliklə əldə etmək məqsədilə, mürəkkəb üzvi molekulların meto-
dik yönlü sintezinin inkişafı üzvi sintezdə əsas yerlərdən birini tutur. İmidazol törəmələri çox sayda
təbii və sintetik mənşəli bioaktiv birləşmələrin əsas komponentidir. Hazırda imidazolların sintezində
istifadə olunan üsullarda reaksiya şəraitinin sərt və uzunmüddətli olması, nəticədə məhsulların az
çıxımla alınması səbəbindən tədqiqatçılar yüksək çıxımlı, iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz
üsulların tapılması və tətbiqini həmişə gündəmdə saxlayırlar. Bu səbəbdən imidazolların sintezində
yeni üsulların işlənib hazırlanması müasir kimyanın qarşıya qoyduğu məsələlərdən biridir. Tədqi-
qat işində imidazolların müxtəlif üsullarla sintezindən bəhs edilir.
Açar sözlər:
İmidazol, sintez, Radişevski, ion maye katalizatoru, mikrodalğa
Giriş
İmidazol ilk dəfə oksaldehid
və ammonyakdan sintez edilmiş, ilk adı qlioksalin olmuşdur.
İmidazola ad ilk dəfə 1887-ci ildə alman kimyaçısı Arthur Rudolf Hantzsch tərəfindən verilmişdir.
İmidazol 3 karbon, 1 və 3 vəziyyətində 2 azot atomundan ibarət heteroatomlu molekuldur. İmidazol
halqası iki ekvivalent tautomer formada mövcud olur, belə ki, hidrogen atomu iki azot atomundan
birinə birləşə bilir. Birləşmə amfoter təbiətli olub, elektrofil və nukleofil hücuma həssasdır. İmida-
zol güclü polyar molekuldur (dipol momenti = 3.61 D) və suda yaxşı həll olur. İstiliyə, turşuya, qə-
ləviyə, oksidləşmə və reduksiya şəraitinə çox davamlıdır. İmidazol qonşu olmayan iki azot atomu
saxladığı üçün diazol birləşmə kimi də adlanır. Digər tərəfdən, bir cütü protonlaşmış azot atomun-
dan, qalanları isə halqanın digər dörd atomundan yaranmış 6 elektonlu ümumi π rabitəsinə malik ol-
duğu üçün birləşmə aromatik karbohidrogenlərə məxsus xüsusiyyətləri göstərir [1].
Dostları ilə paylaş: