T
Ə
S
İ
RL
Ə
R
111
rını sınaqdan keçirirlər, digər tərəfdən isə fərdlər, vətəndaş cəmiy-
yəti qrupları, sosial hərəkatlar və yerli icmalar ənənəvi səsvermə və
seçki
prosesləri də daxil olmaqla, qərar qəbuletmə proseslərində
iştirak etməkdən artan ölçüdə məhrum edildiklərini, milli və regio-
nal idarəetmənin hakim qurumlarına və güc
mənbələrinə səslərini
eşitdirmək, onlara təsir göstərmək bacarıqları baxımından zəifl ə-
diklərini görürlər.
Ən uc nöqtədə, hökumətlərin müxtəlif texnologiyaları bir yerə
toplayaraq, özlərinin və şirkətlərin fəaliyyətləri ətrafında şəff alığı
təmin etmək və dəyişikliyi dəstəkləmək istəyən vətəndaş cəmiyyəti
təşkilatlarının və fərdi qrupların hərəkətlərini təzyiq altında
saxla-
maq və ya əzmək üçün istifadə etməsi kimi çox real bir təhlükə də
mövcuddur. Dünyanın bir çox ölkəsində hökumətlərin vətəndaş
cəmiyyəti qruplarının müstəqilliyini məhdudlaşdırmaq və onların
fəaliyyətlərini müəyyən çərçivəyə salmaq məqsədilə təqdim etdiyi
qanunların və digər siyasətlərin vətəndaş cəmiyyətinin sahəsini da-
raltmasına dair sübutlar vardır. Dördüncü sənaye inqilabının alət-
ləri sağlam açıq cəmiyyətlərə zərər verə biləcək
tərzdə nəzarətin və
nəzarət vasitələrinin yeni formalarını ortaya çıxarır.
Mənbə:
Global Risks Report 2016, World Economic Forum
Misal olaraq, “Facebook”dakı səsinizi-bəlli-edin mesajlarının
təsiri ilə bağlı aparılan bir araşdırma “təxminən 60000 seçicinin
birbaşa, 280000 seçicinin isə sosial təsirlərlə birlikdə dolayı şəkildə
qoşulması nəticəsində toplam 340000 əlavə səsin ortaya çıxdığı-
nı” müəyyən etmişdir.
59
Bu araşdırma,
rəqəmsal media platforma-
larının onlayn istehlak etdiyimiz medianı seçmək və dəstəkləmək
məsələlərində sahib olduğu gücü izah edir. Eyni zamanda, onlayn
texnologiyaların sivil iştirakın (yerli, regional və ya milli təmsilçilə-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
112
ri seçmək kimi) ənənəvi formalarını yeni innovativ
yollarla seçərək
vətəndaşlara öz icmalarına təsir göstərən qərarlar üzərində daha çox
birbaşa təsirə malik olmaq imkanı verdiyini göstərir.
Bu hissədə təhlil edilən bütün təsirlərdə olduğu kimi, dördün-
cü sənaye inqilabının bir tərəfdən önəmli riskləri ortaya çıxardığı
halda, digər tərəfdən böyük fürsətlər təqdim etdiyi aydın olur. Bu
inqilab dərinləşdikcə, dünyanın qarşısına çıxacaq
əsas vəzifələrdən
biri bunun sosial uyğunlaşma üçün təmin edəcəyi faydalar və təşkil
edəcəyi təhdidlər haqqında daha çox və daha yaxşı məlumatın necə
əldə ediləcəyidir.
Dostları ilə paylaş: