DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
108
sürətli artım
baş vermiş olsa da, yoxsul insanların sayı böyük həcm-
də azalsa da, bir çox ölkələrdə daxili bərabərsizlik artır. Məsələn,
Çinin 1980-ci illərdə təxminən 30 olan Cini İndeksi 2010-cu ildə
45-dən çox olmuşdur.
55
Bərabərsizliyin artması iqtisadi fenomen olmaqla bərabər, həm
də narahatlıq mənbəyidir, cəmiyyətlər üçün əsas təhdidlərdən biri-
dir. İngilis epidemioloqlar Riçard Vilkinson [Richard Wilkinson]
və Keyt Pikettin [Kate Pickett] “Daha
çox bərabərlik cəmiyyətləri
niyə daha güclü edir?” adlı kitablarında təqdim etdikləri məlumat-
lar bunu göstərir: qeyri-bərabər cəmiyyətlər daha çox zorakılığa
meyillidirlər, bu tip cəmiyyətlərdə həbsxanalarda daha çox insan
var, əqli xəstəliklər və şişmanlıq (obez) səviyyəsi daha yüksəkdir,
bunun qarşılığında isə həyat gözləntisi və güvən səviyyəsi daha aşa-
ğıdır. Müəllifl ər eyni zamanda, orta statistik
gəlirləri təhlil etdik-
dən sonra belə bir nəticəyə gəlmişdilər: daha bərabər cəmiyyətlər
daha yüksək uşaq sağlamlığı səviyyəsinə, daha aşağı stress və qanun-
suz maddələrdən (narkotik) istifadədə və uşaq ölümlərində aşağı
səviyyəyə sahibdirlər.
56
Digər tədqiqatçılar yüksək bərabərsizlik sə-
viyyələrinin bölünmələri artırdığını və uşaqların və gənclərin təhsil
nəticələrini pisləşdirdiyini müəyyən etmişlər.
57
Müvafiq empirik məlumatlar daha az dəqiq olmaqla yanaşı,
daha yüksək bərabərsizliyin daha çox sosial narahatlığa səbəb olma-
sı ilə bağlı geniş yayılmış qorxu da mövcuddur. Forumun “2016-cı
il Qlobal Risklər Hesabatı”nda
qeyd edildiyi kimi, 29 qlobal risk və
13 qlobal trend arasında ən güclü əlaqələr yüksələn gəlir bərabər-
sizliyi, işsizlik və aşağı məşğulluq ilə intensiv sosial qeyri-stabillik
arasında müşahidə olunur. Aşağıda daha detallı şəkildə təhlil edil-
diyi kimi, əlaqəliliyin artdığı və gözləntilərin yüksəldiyi bir dünya-
da, əgər insanlar öz həyatları boyunca hər hansı
bir rifah səviyyəsinə
və ya mənaya çatmaq şanslarının olmadığını hiss edərlərsə, o zaman
bu önəmli sosial risklərə yol aça bilər.
Hazırda orta sinif bir iş, bir orta sinif həyat tərzinə zəmanət vermir
və son iyirmi il ərzində orta sinif statusunun dörd ənənəvi xüsusiyyəti
T
Ə
S
İ
RL
Ə
R
109
(təhsil, sağlamlıq, pensiya və evə sahibolma) üzrə infl yasiya ilə müqa-
yisədə daha pis nəticələr əldə edilmişdir. Hazırda, ABŞ və Birləşmiş
Krallıqda təhsilə lüks məhsul kimi qiymət qoyulur. Orta sinfin çıxışı-
nın artan dərəcədə məhdudlaşdırıldığı və “qazanan hamısını aparır”
prinsipinə əsaslanan bazar iqtisadiyyatı modeli,
sosial problemləri kəs-
kinləşdirərək bir demokratik inciklik və sahibsizlik hissini yaya bilər.
Dostları ilə paylaş: