T
Ə
S
İ
RL
Ə
R
105
qrup subyektlə məhdudlaşmasa QTY kimi doktrinaların eff ekti
azalacaqdır.
Dördüncü sənaye inqilabının xəbər verdiyi dəyişikliklərin təsiri
ilə kövrəkliyi stabilliyə və təhlükəsizliyə çevirən oxşar bir alterna-
tiv tarazlıq kəşf edə bilərikmi? Bunun üçün çox fərqli perspektiv və
maraqlara sahib olan oyunçuların bir növ “modus vivendi”
(latınca
ifadə olub, əsasən münaqişə tərəfl ərinin sülh içində birgə yaşaması-
na imkan verən tənzimləmə mexanizmi və ya sazişi nəzərdə tutur
– tərc.)
tapa bilmələri və mənfi yayılmalardan
qaçmaq üçün əmək-
daşlıq etmələri lazım olacaqdır.
Maraqlı tərəfl ər məcburi hüquqi çərçivələr və eyni şəkildə bəra-
bər səviyyəli tərəfl ər arasında inkişaf etdirilən normalar, etik stan-
dartlar və potensial zərərverici yeni texnologiyaları (tədricən inno-
vasiya və iqtisadi artımı təmin edəcək araşdırma potensialına zərər
vermədən) nəzarətdə saxlama mexanizmlərini formalaşdırmaq
üçün əməkdaşlıq etməlidirlər.
Şübhəsiz ki, beynəlxalq razılaşmalara ehtiyac olacaq,
lakin mən
daha çox bu sahədəki tənzimləmələrin sürəti və çoxtərəfl i təsirləri
səbəbindən texnoloji inkişafın gerisində qalması ilə bağlı naraha-
tam. Bu səbəbdən, təlimçilərin və yaradıcıların dördüncü sənaye
inqilabının yeni texnologiyalarına tətbiq edilə biləcək etik standard-
ları müzakirəyə başlamaları olduqca təcilidir. Ortaq etik prinsiplə-
ri formalaşdırmaq və bunları cəmiyyətə və mədəniyyətə aşılamaq
üçün hökumətlərin və hökumətlərə bağlı qurumların tənzimləmə
sahəsində geridə qalması halında, təşəbbüsün özəl
sektorun və qey-
ri-dövlət oyunçuların üzərinə düşməsi də mümkün ola bilər.
Yeni müharibə texnologiyalarının inkişafı, təbii olaraq nisbətən
qapalı sahələrdə baş verir. Buna görə digər bir narahatlığım da gen
əsaslı tibb və araşdırma kimi başqa sektorların olduqca ixtisaslaşmış
qapalı sahələrə geri çəkilmə ehtimalıdır. Belə bir vəziyyət, üzləşdi-
yimiz çağırışları və fürsətləri kollektiv müzakirə etmə,
anlama və
idarə etmə bacarıqlarımızı əhəmiyyətli dərəcədə azalda bilər.