T
Ə
S
İ
RL
Ə
R
117
üz-üzə danışıqları üstələməsi nəticəsində sosial mediaya bağlanan
gənc insanların bütün bir nəslinin dinləmək, göz təmasında olmaq
və ya bədən dilini anlamaqda böyük çətinliklərlə üzləşəcəyi ilə bağlı
qorxu var.
64
Mobil texnologiyalarla olan münasibətlərimiz
buna bir nü-
munədir. Hər zaman əlaqədə olmaq fenomeni, bizi ən önəmli sər-
vətlərimizdən – fasilə vermək, dərin düşünmək və texnologiyanın
yardımı və ya sosial medianın vasitəçiliyi olmadan canlı söhbətlərə
qoşulmaq – məhrum edə bilər. Törkl, iki insan danışarkən sadəcə
aralarındakı masanın üstündə və ya görüş
sahələrində bir telefonun
mövcud olmasının belə həm onların danışdıqları mövzunu, həm də
aralarındakı əlaqə dərəcəsini dəyişdirdiyini göstərən araşdırmalara
istinad edir.
65
Bu telefonlarımızdan imtina etməliyik anlamına gəl-
məməlidir, sadəcə onları daha çox daha “böyük bir niyyətlə” istifa-
də etməli olduğumuzun zəruriliyini göstərir.
Başqa mütəxəssislər də oxşar narahatlıqları ifadə edirlər. Tex-
nologiya və mədəniyyət üzrə yazıçı Nikolas Kar [Nicholas Carr]
rəqəmsal sularda nə qədər çox vaxt keçiririksə, diqqətimiz üzə-
rində nəzarəti itirdiyimizdən zehni bacarıqlarımızın bir
o qədər
zəifl əyəcəyini qeyd edir. “Şəbəkə, təbiəti etibarilə fasilə sistemidir,
diqqəti yayındırma maşınıdır. Diqqətimizin tez-tez fasilələrlə üz-
ləşməsi düşüncələrimizi dağıdır, yaddaşımızı zəifl ədir və bizi gər-
gin və narahat edir. İçinə daldığımız düşünmə prosesi nə qədər
qarışıqdırsa, diqqətin dağılması da
o qədər böyük pozulmalara
səbəb olur.”
66
1978-ci il İqtisadiyyat üzrə Nobel Mükafatı Laureatı Herbert
Simon hələ 1971-ci ildə “informasiya zənginliyinin diqqət yetərsiz-
liyi yaratdığı” xəbərdarlığını etmişdi. Hazırda, bu, xüsusilə də daha
çox “şeylər” ilə hədsiz yüklənmiş və ifrat sürət təziyiqi altında daim
stresdə olan qərar qəbuledicilər üçün daha dəhşətlidir. Səyahət ya-
zıçısı Piko Ayvayer [Pico Iyer] qeyd edir ki, “sürətlənmə dövründə
yavaş
getməkdən daha əyləncəli, həyəcanverici heç nə ola bilməz.”
“Və diqqətin yayınması dövründə diqqət ayıra bilmək qədər dəb-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
118
dəbəli heç nə ola bilməz. Və daimi hərəkət dövründə səssiz, sakit
oturmaq qədər təcili heç nə ola bilməz.”
67
Bizi 24 saatlıq bir qayda ilə əlaqəli saxlayan bütün o rəqəmsal
vasitələrin təsirində
olan beynimiz, fasiləsiz çaxnaşmada olan bir
daimi hərəkət maşınına çevrilmə riski altındadır. Qısa bir məqalə
olsa da, onu oxumaq şansını əldə etmək bir tərəfə, bir fasilə vermə
və düşünmə üçün zamanın olmamasından
şikayət edən liderlərlə
tez-tez qarşılaşıram. Qlobal cəmiyyətin bütün kəsimlərindən olan
qərar qəbuledicilər getdikcə yüksələn bir yorğunluq halında görü-
nürlər. O qədər çox sayda rəqib tələbinin təziyiqi altındadırlar ki,
yaşadıqları məyusluqlar geri çəkilməyə və bəzən də ümidsizliyə çev-
rilir. Yeni rəqəmsal dövrdə həqiqətən də geri çəkilmək mümkünsüz
olmasa da, çox çətindir.
Dostları ilə paylaş: