DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
122
Kontekstual zəka – ağıl
Yaxşı liderlər kontekstual zəkanı anlayır və ondan məharətlə
istifadə edirlər.
69
Kontekst, ortaya çıxmaqda olan trendləri təxmin
etmə və əsas nöqtələri birləşdirmə bacarığı və istəyi kimi izah edilir.
Bunlar nəsillər boyunca eff ektiv liderliyin ümumi xüsusiyyətləri ol-
muş və hazırda, dördüncü sənaye inqilabı dövründə də uyğunlaşma
və sağ qalmanın əsas şərtidir.
Kontekstual zəkanı inkişaf etdirmək üçün
qərarvericilər əvvəlcə
müxtəlif şəbəkələrin dəyərini anlamalıdırlar. Onlar yalnız yüksək
səviyyədə əlaqədə olduqları və ənənəvi sərhədləri aşmaqla şəbəkələr
daxilində yerləşdikləri halda ciddi pozulma səviyyələri ilə üzləşə
bilərlər. Qərarvericilər gündəlikdəki məsələ ilə bağlı olan hər kəslə
birlikdə olmaq qabiliyyəti daşımalı və buna hazır olmalıdırlar. Bu-
nunla da, biz daha əlaqəli və əhatəedici olmağa çalışmalıyıq.
Baş verənlərlə bağlı kompleks bir baxış bucağı formalaşdırmaq
ancaq biznes, hökumət,
vətəndaş cəmiyyəti, dini kəsim, akademiya
və gənc nəsildən olan liderləri bir yerə toplayaraq və onlarla əmək-
daşlıq edərək mümkün ola bilər. Bundan başqa, bu, dayanıqlı dəyi-
şiklik ilə nəticələnəcək kompleks fikir və həll yollarını inkişaf etdir-
mək və tətbiq etmək baxımından da əhəmiyyətlidir.
Bu,
mənim ilk dəfə, 1971-ci ildə nəşr edilən bir kitabda təklif et-
diyim çox tərəfdaşlı nəzəriyyənin təməl prinsipidir (Dünya İqtisadi
Forumu icması bunu çox vaxt Davos Ruhu adlandırır).
70
Sektorlar
ilə peşələr arasındakı sərhədlər sünidir və onların artan dərəcədə
əngəlləyici olduqları görünür. Şəbəkələrin gücündən istifadə edib
eff ektli əməkdaşlıqlar quraraq bu əngəlləri aradan qaldırmaq hər
zaman olduğundan daha böyük əhəmiyyət qazanmışdır. Müxtəlif-
lik nümayiş etdirən qruplar qurmaqla bağlı
verdiyi sözün üzərində
durmayan və ya bunu bacara bilməyən şirkət və təşkilatlar rəqəmsal
dövrdə köklü dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkəcəkdir.
Liderlər zehni və konseptual çərçivələrini və təşkilatlanma prin-
siplərini dəyişdirməyi də bacarmalıdırlar. Hazırda, kökündən, sürət-
QAR
Ş
IDAKI YOL
123
lə dəyişən dünyada siloslar içində düşünmək və gələcəklə bağlı sabit
fikirlərə sahib olmaq zəmanənin gerisində qalmaq deməkdir. Filo-
sof Aysayah Berlin [Isaiah Berlin] 1953-cü ildə yazdığı məqaləsin-
də təqdim etdiyi dilemmada “Yazıçıların və fikir adamlarının kirpi
olmaqdansa, tülkü olması daha yaxşıdır”
ifadəsinə yer verməsinin
səbəbi budur. Artan dərəcədə mürəkkəb və kökündən dəyişən bir
mühitdə iş görmək kirpinin dar və sabit diqqət mərkəzindən daha
çox tülkü zəkasını və sosial çevikliyini tələb edir. Təcrübədə bu, li-
derlərin artıq siloslar içində düşünə bilməyəcəyi deməkdir. Onların
problemlərə, məsələlərə və çağırışlara olan yanaşmaları kompleks,
çevik və uyğunlaşa bilən olmalı və davamlı olaraq
müxtəlif məna-
feləri və baxışları inteqrasiya edə bilməlidirlər.
Dostları ilə paylaş: