DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
124
gin olan qurumlar yalnız daha yaradıcı olmaqla qalmayacaq, eyni
zamanda daha çevik və dayanıqlı – köklü dəyişikliyin öhdəsindən
gəlmək üçün başlıca xüsusiyyət - olacaqdır. Funksiyalararası əmək-
daşlığı instutlaşdırmaq, ierarxiyaları düzləşdirmək və yeni fikirlərin
bir nəslini cəsarətləndirmək üçün lazım
olan rəqəmsal təfəkkür ta-
mamilə emosional zəkadan asılıdır.
Mənəvi zəka – ruh
Dördüncü sənaye inqilabında səmərəli nəticələr əldə edə bilmək
üçün kontekstual və emosional zəka ilə yanaşı, zəruri olan üçüncü
əsas komponent mənəvi zəka adlandırdığım zəka növüdür. Latınca
“spirare” sözündən yaranan mənəvi zəka, fasiləsiz məna və məqsəd
axtarışı ilə bağlıdır. Yaradıcı itkiləri qidalandırmağı və bəşəriyyəti
ortaq tale hissinə əsaslanan yeni bir kollektiv və əxlaqi şüura çatdır-
mağı hədəfl əyir.
Burada açar fikir paylaşmaqdır.
Əvvəldə də qeyd etdiyim kimi,
əgər texnologiya mən-mərkəzçi bir cəmiyyət istiqamətində hərəkət
etməyimizin mümkün səbəblərindən biridirsə, o zaman diqqəti bu
mənliyə cəlb etmək trendini təsiredici bir ortaq məqsəd hissi ilə
yenidən tarazlamaq mütləq bir məcburiyyətdir. Bu mövzuda hamı-
mız eyni gəmidəyik və kollektiv olaraq paylaşılan
məqsədi müəyyən
edə bilməsək, o zaman dördüncü sənaye inqilabının çağırışları ilə
bacarmamaq və onun bütün faydalarından yararlana bilməmək ris-
ki ilə qarşı-qarşıya qala bilərik.
Bunu edə bilmək üçün əsas olan inamdır. Yüksək inam səviyyəsi,
iştirakçılığı və qrup işini dəstəkləyəcəkdir. Bu isə əsasını əməkdaşlıq
innovasiyasının təşkil etdiyi dördüncü sənaye inqilabında heç vaxt ol-
madığı qədər təcili bir ehtiyaca çevrilmişdir.
Çox fərqli komponentlər
və məsələlərdən söhbət getdiyi üçün bu əməkdaşlıq prosesi yalnız bir
inam mühitində uğurlu ola bilər. Nəticədə, innovasiyanın ortaq fayda
istiqamətində inkişafının təmin edilməsində bütün sosial maraqlı tərəf-
lərin rolu vardır. Əgər sosial maraqlı tərəfl ərin əsas qruplarından hər
hansı biri bunun əksini hiss edərsə, o zaman inam sarsılacaqdır.
QAR
Ş
IDAKI YOL
125
Heç nəyin artıq sabit qalmadığı bir dünyada inam ən dəyərli xü-
susiyyətlərdən birinə çevrilmişdir. Qərarvericilər yalnız
cəmiyyətin
içində olarlarsa və qərarları hər zaman şəxsi məqsədlərin arxasınca
düşmək əvəzinə ortaq mənafelərə uyğun şəkildə qəbul edərlərsə, o
zaman inam qazana və onu qoruya bilərlər.
Dostları ilə paylaş: