Ə
LAV
Ə
: D
Ə
R
İ
N D
Ə
Y
İŞİ
KL
İ
KL
Ə
R
143
Dəyişiklik 4. Geyinilə bilən internet
Dönüş nöqtəsi:
İnsanların 10%-nin internetə bağlanıla
bilən
paltar geyinməsi
2025-ci ildə:
Sorğuda iştirak edənlərin 91%-nin fikrinə görə bu
mümkün olacaqdır.
Texnologiya getdikcə daha çox fərdiləşir. Kompüterlər daha
əvvəl geniş salonlarda quraşdırılırdı, sonra masaların üzərində və
bunun ardınca da insanların dizlərinin üstündə
istifadə olunma-
ğa başladılar. İndi isə artıq insanların cibindəki mobil telefonların
içində yerləşiblər. Lakin qısa bir zaman içində birbaşa paltar və ak-
sesuarlarda olacaqlar.
2015-ci ildə bazara təqdim edilən “Apple Watch” internetə
qoşulub və ağıllı telefonun sahib olduğu bütün funksional baca-
rıqların bir çoxuna sahibdir. Zaman keçdikcə paltarlar və onların
üzərindəki digər təchizatlar insanları internetə
qoşa biləcək quraş-
dırılmış çiplərə sahib olacaqlar.
Müsbət təsirlər
-
Daha müsbət tibbi nəticələr insanların ömrünü uzadacaqdır;
-
Daha çox özünü təminetmə;
-
Özü-özünə
idarə edilən tibbi xidmətlər;
-
Daha yaxşı qərarvermə;
-
İtən uşaqların sayında azalma;
-
Fərdiləşən paltarlar (dərzilik, dizayn).
Mənfi təsirlər
-
Gizlilik /
potensial nəzarət;
-
Reallıqdan qaçış / asılılıq;
- Məlumatların
təhlükəsizliyi.