Ə
LAV
Ə
: D
Ə
R
İ
N D
Ə
Y
İŞİ
KL
İ
KL
Ə
R
147
Hətta dünyanın ən uzaq bölgələrini əlverişli qiymətlə internetə qo-
şumaq üçün çalışan bir çox başqa təşəbbüslər də var: “Facebook”un
“Internet.org”u internet dronlarını istehsal edərkən, “Google”un
“Project Loon”u şarlardan istifadə edir və “SpaceX” da aşağı xərc
tələb edən yeni peyk şəbəkələrinə investisiya qoyur.
Dəyişiklik 6. Cibinizdəki super kompüter
Dönüş nöqtəsi:
Əhalinin 90%-nin ağıllı telefondan istifadə et-
məsi
2025-ci ildə:
Sorğuda iştirak edənlərin 81%-nin fikrinə görə bu
mümkün olacaqdır.
“Google”un Daxili Axtarış komandasının hələ 2012-ci ildə
qeyd etdiyinə görə“bir “Google” axtarış sualını cavablandırmaq
üçün lazım olan hesablama miqdarı “Apollo” proqramının uçuş və-
ziyyətində və yer üzərində ehtiyacı olan cəmi hesablama miqdarına
bərabərdir.”
84
Bundan başqa, hazırki ağıllı telefonların və planşetlə-
rin
sahib olduğu hesablama gücü, bütöv otağı tutan əvvəlki super
kompüterlərin çoxunun hesablama gücü ilə eynidir.
Qlobal ağıllı telefon abunəçilərinin sayının 2019-cu ildə 3,5
milyarda qədər yüksələcəyi ehtimal edilir. Bu ağıllı telefonun əha-
linin sayına nisbətinin 59%-ə yüksələrək, 2013-cü ildəki 28% ilə
müqayisədə ciddi yüksəlişi deməkdir (bu səviyyənin 2017-ci ildə
50%-i keçməsi gözlənilir.)
85
Kenyanın qabaqcıl
mobil xidmət ope-
ratoru “Safaricom”un məlumatına əsasən, 2014-cü ildə bu ölkədə-
ki ümumi telefon satışının 67%-ni ağıllı telefonlar təşkil edirdi və
“GSMA”, Afrikada 2020-ci ildə yarım milyarddan çox ağıllı telefon
istifadəçisi olacağını təxmin edir.
86
Ənənəvi fərdi kompüterlərdən çox ağıllı telefon
istifadə edən
insanların sayı artdıqca, cihazlardakı bu dəyişiklik müxtəlif qitələr-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
148
dəki bir çox ölkədə reallaşır (Bu sahədə Asiya qitəsi liderlik edir).
Texnoloji cihazları miniatürləşdirmək, hesablama gücünü artırmaq
və xüsusilə elektron məhsulların qiymətini aşağı
salmaq istiqamət-
lərində nailiyyətlər əldə olunduqca, ağıllı telefonlardan istifadə
daha da artacaqdır.
“Google”un məlumatına əsasən, Şəkil 2-də
qeyd olunan ölkələr
fərdi kompüterdən daha çox ağıllı telefondan istifadə edirlər.
Şəkil 2.
Dostları ilə paylaş: