Ə
LAV
Ə
: D
Ə
R
İ
N D
Ə
Y
İŞİ
KL
İ
KL
Ə
R
141
Dəyişiklik 3. Yeni interfeys kimi baxış
Dönüş nöqtəsi:
Eynəklərin (tibbi) 10%-nin internetə qoşulmuş
olması
2025-ci ildə:
Sorğuda iştirak edənlərin 86%-nin
fikrinə görə bu
mümkün olacaqdır.
Eynəklərin, qulaqcıqların və göz-izləmə cihazlarının potensial
olaraq “intellektli” hala gəlməsi, gözün və baxışın internetlə və qo-
şulmuş cihazlarla əlaqələndirmə vasitəsinə çevrilməsi baxımından
“Google Glass” bir neçə mümkün yoldan yalnız biridir.
Baxış vasitəsi ilə internet tətbiqlərinə və verilənlərə birbaşa çıxış
imkanı fərdin təcrübələrini təkmillədirə,
ötürə və ya müxtəlif üçöl-
çülü reallıqları təqdim edə biləcək şəkildə zənginləşdirə bilər. Eyni
qaydada, yeni göz-izləmə texnologiyaları sayəsində cihazlar vizual
interfeyslərdən istifadə edərək məlumatı ötürə bilir və beləliklə,
gözlər informasiya ilə qarşılıqlı əlaqəyə girmə və ona reaksiya vermə
mənbəyinə çevrilir.
Baxışın təlimatlandırma, vizuallaşdırma və qarşılıqlı
əlaqə qur-
ma fəaliyyətləri üçün birbaşa və dərhal interfeysə çevrilməsi öyrən-
mə, naviqasiya, təlimatlandırma, məhsul və xidmətlərin istehsalı
üçün əks əlaqə (
ing. feedback
), əylənmə və fiziki məhdudiyyətli in-
sanlara yardım etmə tərzlərini dəyişə bilər və insanlara daha yaxşı
yaşamaq yolunda köməkçi ola bilər.
Müsbət təsirlər
-
İstiqaməti tapma və iş/şəxsi fəaliyyətlər üçün informasiya
ilə təchiz edilmiş qərarlar qəbul edilməsi məqsədilə fərdə
dərhal məlumatların çatdırılması;
-
Emalda, tibbi xidmətlərdə/cərrahiyədə və xidmətlərin təq-
dim edilməsində vizual köməkçi
vasitələrdən istifadə etmə
və ya məhsul və xidmət istehsal etmə gücünün artırılması;
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
142
-
Fiziki məhdudiyyətli insanların qarşılıqlı təsirlərini və
hərəkətlərini idarə edə bilmə və dünyanı danışma, yazma,
yerdəyişmə və üçölçülü təcrübələr yolu ilə yaşama bacarığı.
Mənfi təsirlər
-
Zehni diqqətsizliyin qəzalara səbəb olması;
-
Mənfi üçölçülü təcrübələrin travmalar yaratması;
-
Asılılığın və reallıqdan qaçışın artması.
Dostları ilə paylaş: