Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   31   32   33   34   35   36   37   38   ...   140
ADIAK-YENI VƏSAİT (1)

 
 
1.
Monoloji nitq və onun əsas məqsədi nədir? 
2.
İşgüzar ünsiyyətdə monoloq janrlarının hansı formaları var? 
3.
İctimai nitq nədir? 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
48 
4.
Təsirli bir nitqin iş adamına çatdırılması üçün hansı üsullardan istifadə etmək 
lazımdır? 
5.
Şifahi təqdimatda jestlərin rolu haqqında nə deyə bilərsiniz? 
Tapşırıq:
 
Mətni oxuyun. Müasir dövrdə
 
yaşayan Azərbaycan alimləri, 
mütəfəkkirləri və siyasət adamları arasında diqqətinizi cəlb edən natiqlər haqqında 
danışın.
 
NATİQLİK SƏNƏTİNİN TARİXİNDƏN 
Natiqlik sənəti yeni eradan əvvəl bir sıra Şərq ölkələrində - Çində, Hindistanda, 
Misirdə və s. meydana gəlsə də, lakin elm və mədəniyyətdə böyük simalar 
yetişdirən Yunanıstan gözəl danışığın, təntənəli, bəlağətli nitqin, natiqliyin, nitq 
mədəniy- yətinin vətəni hesab olunur. Natiqlik haqqında ilkin məlumata əfsanəvi 
yunan şairi Homerin (b.e.ə. XII-XI əsrlər) “İliada” və “Odisey” əsərlərində rast 
gəlirik. Sonralar Sokrat (e.ə. 469-399), Platon (Əflatun, e.ə. 430- 347), Aristotel 
(Ərəstun, e.ə. 384-322), Demosfen (e.ə. 384-322) fəlsəfi və humanitar elmlərin bu 
gün də öz qiymətini saxlayan həmişəyaşar nümunələrini yaratmışlar, natiqlik 
sənətini, onun nəzəriyyəsini, təlimini əsaslandırmış və sistemləşdirmişlər. Həmin 
dövrdə Yunanıstanda məhkəmə iclasları, bayramlar, tamaşalar, mərasimlər, idman 
yarışları-Olimpiadalar açıq havada, çoxsaylı insanlar arasında keçirildiyindən 
xalqın hörmətini qazanmış natiqlər çıxış edir, tədbirə münasibət bildirir, xalqı 
ümumi həmrəyliyə çağırırdılar. Bu dövrdə 14 illik natiqlik məktəbləri (7 yaşdan 21 
yaşadək) təşkil olunurdu. Belə məktəblərdə fəlsəfə, məntiq, dilçilik, ədəbiyyat və 
natiqlik sənəti öyrədilirdi. Özü 20 il Platonun şagirdi olmuş Aristotel 343-335-ci 
illərdə Yunanıstanın gələcək hökmdarı İsgəndərin təlim-tərbiyəçisi işləmiş, məntiq, 
psixologiya, təbiətşünaslıq, etika, siyasət, tarix, poeziya və ritorikaya aid neçə-neçə 
qiymətli əsər yazmışdır. O, “Siyasət”, “Poetika”, “Məntiq”, 3 kitabdan ibarət 
“Ritorika” əsərləri ilə nitq mədəniyyətini elm səviyyəsinə qaldırmış, insan nitqi və 
onun fəlsəfi problemlərini üslub məsələləri ilə əlaqələndirmiş, natiqlik sənətinin 
əsaslarını, ritorikasının elmi sistemini işləmişdir.
Nitq mədəniyyətinin mədəni nitq, tələffüz mədəniyyəti, söz seçmək mədəniyyəti, 
düzgün danışmaq və yazmaq mədəniyyəti olmasını Demosfen öz şəxsi həyatında, 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
49 
öz üzərində illərlə gərgin çalışmaqla sübut etmişdi. Adamlar kiçik boylu, zəif, cır 
səsli Demosfeni ilk çıxışında axıradək danışmağa qoymurlar. İkinci çıxışında da o, 
uğur qazana bilmir; sifəti, qulaqları, boynu qıpqırmızı pörtür. Adamlar qızardığını 
görməsin deyə əlləri ilə üzünü örtməyə, qulaqlarını ovuşdurmağa, əl-qol atmağa 
məcbur olur. Bunlar ona son dərəcə ağır təsir edir. Lakin natiq olmaq arzusundan 
əl çəkmir. Demosfen aktyor dostunun məsləhəti ilə öz üzərində gərgin işə başlayır. 
Dəniz sahilində ağzına xırda daşlar dolduraraq yüksək səslə aydın danışmağa, öz 
səsi ilə dəniz dalğalarının səsini boğmağa çalışır; çiyinlərini atmaq vərdişindən 
qurtarmaq üçün tavandan asılmış iti nizələrin altında durub danışır. Gərgin əmək
fasiləsiz məşqlər öz bəhrəsini verir; artıq yığıncaqlarda ona böyük həvəs və sonsuz 
maraqla qulaq asırlar. Demosfen çıxışlarına ciddi hazırlaşırdı. Çıxışlarını əvvəlcə 
yazır, sonra onu danışmağı öyrənirdi. O dövrün tarixçi-filosoflarının yazdığına 
görə Demosfen öz üzərində məhz gərgin çalışmaqla işgüzarlıq qabiliyyəti, böyük 
zəhməti, ciddi çalışqanlığı sayəsində anadangəlmə qüsurlarını islah edib məşhur 
natiq kimi şöhrət tapdı və ən məşhur natiq səviyyəsinə yüksəldi. Ondan üç yüz il 
sonra yaşamış Mark Tulli Siseron yazırdı: “Kim Demosfen olmaq istəmirsə, o, 
natiq deyil”. Aforizmə çevrilmiş bu fikirdən aydın olur ki, Demosfen kimi zəhmətə 
qatlaşmayan, öz üzərində gecə-gündüz, saatlarla, günlərlə çalışmayandan yaxşı 
natiq ola bilməz. Məhz belə zəhmətin, gərgin hazırlığın hesabına Demosfenin 61 
nitqi, 56 çıxışı və 6 məktubu bu gün də dünya natiqlik mədəniyyətinin inkişafında 
əvəzsiz məxəzlər sayılır.
Natiq olmaq istəyənlərə Demosfeni nümunə göstərənlər demək istəmişlər ki, fitri 
qabiliyyət-istedad, ciddi səy, yaradıcılıq axtarışları aparmadan həyatda yüksək yer 
tutmaq mümkün deyildir. Demosfen özündə olan çatışmazlıqlara baxmayaraq 
(boyunun qısa olması, cır səsli, sısqa, danışarkən çiyinlərini atması və s.) natiq 
olmaq fikrindən əl çəkməmiş, ağır zəhmətə qatlaşaraq dözümlülük göstərmiş, 
yuxusuz gecələr keçirmiş, təmkinlə yaradıcılıq axtarışları aparmış, öz fiziki 
qüsurlarını aradan qaldırmışdır. Adı dillər əzbəri olmuş bu böyük natiqin həyatı, 
siyasi fəaliyyəti həm öz dövründə, həm də sonrakı əsrlərdə yetişən bir sıra 
görkəmli şəxsiyyətlər üçün bir örnəyə, bir ibrətamiz məktəbə çevrilmişdir. 
Demosfen daha çox tarixin yaddaşında Makedoniya çarı II Filipə, sonra isə onun 
oğlu İsgəndərə qarşı çıxışları ilə qalıb. Buna görə böyük fateh İsgəndər Demosfeni 
tutub edam etdirmək istəmişdi, lakin Afina camaatı sevimli natiqini sərkərdənin 



Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin