Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#1153
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
Sara ƏZİMOVA

Distant Tədris Mərkəzinin yaradılması muxtar respublikamızda

sağlamlıq imkanları məhdud uşaqlara davamlı qayğının ifadəsidir

Bu

gün muxtar respublikamızda insan amili ön planda da-

yanır. Bu sırada sağlamlıq imkanları məhdud uşaqlar da

davamlı qayğı əhatəsindədirlər. Regionumuzda bu istiqamətdə həya-

ta keçirilən tədbirlər həm onlar, həm də muxtar respublika sakinləri

tərəfindən rəğbətlə qarşılanır. Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq

edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında

sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət

Proqramı” bu istiqamətdə atılan növbəti addımdır. 

    Naxçıvan Muxtar Respublikası

Kiçik  Qafqazın  qərb  hissəsində,

dəniz  səviyyəsindən  600-1000

metr yüksəklikdə yerləşir. Naxçı-

vanın  iqlimi,  əsasən,  kontinental

və  qurudur:  qış  fəsli  soyuq,  yay

fəsli isə isti və quru keçir. Azər-

baycanın əsas ərazisindən ayrı dü-

şən  Naxçıvan  şimalından  cənub

istiqamətinə  246  kilometr  Ermə-

nistanla, cənubdan şərq istiqamə-

tinə 204 kilometr İranla və cəmi

11 kilometr məsafədə Türkiyə ilə

sərhəddir. İnkişaf dövrünü yaşayan

Naxçıvan Muxtar Respublikasının

əhalisi  430  min,  ərazisi  isə  5,5

min  kvadratkilometrdir.  Əsasən,

dəniz  səviyyəsindən  1500-2500

metr  yüksəklikdə  yerləşən  Nax-

çıvanın bəzi ərazilərinin hündür-

lüyü 3000 metrdən artıqdır. Zən-

gəzur və Dərələyəz dağ silsilələri

Naxçıvanı sərhəd boyu əhatə edir.

Zəngəzur  silsiləsinin  ən  yüksək

zirvəsi 3904 metr yüksəklikdə yer-

ləşən Qapıcıq dağıdır. Bu, Zaqaf-

qaziyanın qeyri-vulkanik mənşəli

ən  yüksək  dağıdır.  Zəngəzur  sil-

siləsinin  cənub  ətəyini  Türkiyə,

Ermənistan,  Azərbaycan  və  İran

ərazisindən keçən Araz çayı yuyur.

Orta  hündürlükdə  yerləşən  Talış

dağlarının  ən  yüksək  nöqtəsi  sa-

yılan Gömürgöy zirvəsi isə 2477

metrdir. Bu dağların şimal-şərqin-

dəki yamacları Azərbaycan ərazi-

sində yerləşir. Araz çayı Azərbay-

can və İran arasında sərhəd olduğu

üçün Talış yamacının digər hissəsi

İran ərazisində qalır.

    Azərbaycan Qara dənizdən Xə-

zər  dənizinə  qədər,  təqribən,  800

kilometrlik məsafədə uzanan Qaf-

qaz dağlarının cənub-şərq hissəsində

yerləşir.  Avropa  və  Asiyanın  kə-

sişdiyi yerdə unikal coğrafi mövqeyi

ilə seçilən bu ölkə dünya iqtisadi

və mədəni əlaqələrinin inkişafına

töhfə verir.

    Naxçıvan Heydər Əliyevin ana-

dan  olduğu  və  vaxtilə  rəhbərlik

etdiyi unikal regiondur. Dünyada

bəşəriyyət tarixinə Azərbaycanın

bu  qədim  diyarı  qədər  töhfələr

verən oxşar bir yer tapmaq müm-

kün  deyil.  Burada  tarixin  bütün

dövrlərində,  xüsusilə  XII  əsrdə

güclü dövlət olmuşdur. “Naxçıvan”

sözü “Nuh Cahan” sözündən ya-

ranıb və Nuh Peyğəmbərlə bağlıdır.

Arxeoloji  qazıntılar  zamanı  bu

ərazidə  müqəddəs  kitablar  olan

“Qurani-Kərim”də  və  “İncil”də

də təsvir olunan Dünya tufanının

izləri aşkar olunmuşdur.

    Azərbaycan  ərazisinin  yarısı

dağlıq relyefdir. Şimal hissəsində

Böyük Qafqaz dağları (ən yüksək

zirvəsi Bazardüzü 4466 metr), cə-

nub-qərb hissəsində Ermənistan və

Gürcüstan  istiqamətində  uzanan

Kiçik  Qafqaz  dağları,  cənubunda

isə  Talış  dağları  yerləşir.  Qafqaz

və Orta Asiya regionuna aid olan

coğrafi xüsusiyyətləri özündə ya-

şadan bu heyrətamiz ərazi rəngarəng

və zəngin təbiətə malikdir.

    1920-ci  ildə  bolşeviklər  tərə-

findən  Azərbaycanın  Zəngəzur

mahalının Ermənistana verilməsi

nəticəsində Naxçıvan ərazisi Azər-

baycanın  əsas  hissəsindən  ayrı

düşmüşdür. Sovet İttifaqı dövründə

keçmiş  Azərbaycan  ərazisi  olan

Mehri dəhlizindən istifadə etməklə

Naxçıvanın Azərbaycanın əsas his-

səsi ilə dəmir yolu əlaqəsi olmuş-

dur. Lakin Sovet İttifaqı dağıldıq-

dan sonra erməni silahlı qüvvələri

Azərbaycan ərazisinə hücum edə-

rək  7  rayonu  işğal  etmiş  və  bu

işğal nəticəsində muxtar respublika

ilə dəmir yolu əlaqəsi kəsilmişdir.

1991-ci  ildən  bəri  Ermənistanın

tətbiq  etdiyi  blokada  nəticəsində

Naxçıvanın Azərbaycanla heç bir

quru  nəqliyyat  əlaqəsi  yoxdur.

Azərbaycanın başqa regionlarına

getmək  üçün  yeganə  vasitə  İran

hava sahəsindən keçən təyyarə və

ərazisindən  keçən  avtomobil  yo-

ludur. Hər gün Naxçıvandan Ba-

kıya 6, həftədə bir dəfə isə Moskva

və İstanbula təyyarə reysləri həyata

keçirilir.




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin