Cəmiyyət üçün yararlı vətəndaşlar
sağlam ailədə yetişir
İki turda nəzərdə
tutulmuş olimpiadada
iştirak etmək üçün
muxtar respublikanın
3 ali, 3 orta ixtisas
təhsili müəssisələrin-
dən, o cümlədən
Naxçıvan şəhəri də
daxil olmaqla muxtar
respublikanın 7 rayonu üzrə 176 tam orta ümumtəhsil məktəbindən,
ümumilikdə, 981 tələbə və şagird qeydiyyata alınıb.
Olimpiadanın ilk turu noyabrın 5-də Naxçıvan şəhəri üzrə
12 nömrəli tam orta məktəbdə, həmçinin bütün rayon mərkəz-
lərində keçirilib. Olimpiadada Naxçıvan şəhəri və muxtar res-
publikanın 7 rayonunun 176 məktəbinin 677 X-XI sinif şagirdi
iştirak edib. Test üsulu ilə keçirilən birinci turda məktəblilər
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası
konstitusiyalarına, muxtariyyətin tarixi və hüquqi əsaslarına
dair 60 sual üzrə biliklərini sınayıblar.
Qeyd edək ki, noyabrın 8-də analoji olimpiada muxtar res-
publikanın ali və orta ixtisas təhsili müəssisələrinin II-III kurs
tələbələri arasında keçiriləcək. Onlar da birinci mərhələdə 60
suala cavab verəcəklər.
Olimpiadanın nəticələri dövlət qurumları və elm, təhsil müəs-
sisələrinin nümayəndələrindən ibarət yaradılan münsiflər heyəti
tərəfindən yoxlanılacaq. Olimpiadanın II (yekun) turunda ən
yüksək bal toplayan tələbə və şagirdlər qalib elan ediləcəklər.
Dostları ilə paylaş: |