Muxtar respublikada iqtisadiyyatın dinamik
inkişafı təmin olunub, sahibkarlıq subyektlərinin
fəaliyyətinin stimullaşdırılması və genişləndi-
rilməsinə dövlət maliyyə dəstəyi göstərilib, iş
adamlarının normal fəaliyyəti üçün əlverişli
biznes mühiti formalaşdırılıb, yeni istehsal və
xidmət sahələri, idxaləvəzləyici və ixracyönümlü
məhsullar istehsal edən emal və sənaye müəs-
sisələri yaradılıb.
Aparılan uğurlu islahatlar nəticəsində sənaye
məhsulunun həcmi ilbəil artıb, muxtar res-
publikada istehsal olunan sənaye məhsulunun
93,2 faizi özəl sektorun payına düşüb.
Son illər yaradılan müəssisələrdən biri də
Naxçıvan şəhərində fəaliyyət göstərən “Dekor
Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Müəssisənin direktoru Ələddin Allahverdiyev
bildirdi ki, özəl bölməyə, sahibkarlıq fəaliy-
yətinə göstərilən dövlət qayğısından bu müəssisə
də bəhrələnib. Xammal və hazır məhsulların
ağırtonnajlı yük avtomobilləri ilə daşınması
üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi
avtomobil yolunun kənarında müəssisə üçün
15 min kvadratmetr torpaq sahəsi ayrılıb.
2013-cü ilin may ayından inşaat işlərinə baş-
lanılıb, əraziyə elektrik, qaz, su və kanalizasiya
xətləri çəkilib.
İnşaat işlərinin vaxtında və keyfiyyətlə apa-
rılması üçün müəssisəyə təcrübəli mütəxəssislər
cəlb olunub, 3 istehsal sahəsi, xammal və
hazır məhsulların saxlanılması üçün anbar,
ayrı-ayrı iş otaqları və sərgi-satış salonu olan
inzibati bina, iaşə xidməti göstərilməsi üçün
yeməkxana istifadəyə verilib.
Layihəyə uyğun olaraq, laminat-mətbəx
dəzgahı, PVC akrilik parlaq panellər və melamin
örtüklü plitələr istehsal olunması nəzərdə
tutulan müəssisədə artıq laminat-mətbəx dəzgahı
və PVC akrilik parlaq panellər istehsalı sahə-
lərində İtaliyanın “Omma” və “Osoma”, Al-
maniyanın “IDM”, Türkiyənin “AS Metal”
və “Türk makina” şirkətlərinin istehsalı olan
və kompüterlə idarəetmə mərkəzi ilə təmin
edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb,
istehsal prosesi avtomatlaşdırılıb. Texnoloji
proseslərə və texniki təhlükəsizlik qaydalarına
ciddi əməl olunan müəssisədə istehsal prosesi
konveyer üsulu ilə təşkil olunub, keyfiyyətli
məhsul istehsalı üçün əlverişli şərait yaradılıb.
Həmçinin müəssisədə havalandırma sistemi
qurulub, istehsal prosesi zamanı yaranan tozun
və tullantıların kompressorlar vasitəsilə sexdən
kənarlaşdırılması və xüsusi bunkerlərə yığılması
təmin edilib.
Hər birinin istehsal gücü gündə 10 min
ədəd mebel materialları olan yeni istehsal sa-
hələrində xammal ayrı-ayrı mərhələlərdən keç-
məklə rəng olaraq 100 çeşiddən çox məhsul
istehsal edilir. Əvvəllər ölkəmizdə, o cümlədən
muxtar respublikamızda fəaliyyət göstərən
mebel istehsalı müəssisələrinə hazır materiallar
xarici ölkələrdən idxal olunub əlavə daşınma
xərci çəkilirdisə, bu müəssisənin fəaliyyətə
başlaması ilə həmin problemlər aradan qaldı-
rılıb, istehsal müəssisələri vaxtında və key-
fiyyətli mebel materialları ilə təmin olunub.
Yeni istehsal müəssisəsinin fəaliyyətə baş-
laması daxili bazarı keyfiyyətli məhsullarla
təmin etməklə yanaşı, əhalinin məşğulluğunun
təmin olunmasında da mühüm rol oynayıb.
Hazırda müəssisədə 60 nəfər çalışır. Onu da
qeyd edək ki, müasir texnoloji avadanlıqlardan
səmərəli istifadə etməyi bacaran ixtisaslı mü-
təxəssislərin hazırlanması da diqqət mərkəzində
saxlanılır, müəssisədə çalışan işçilərin Türkiyə
Respublikasında ixtisasartırma kurslarında iş-
tirakı təmin olunur. Bu da imkan verir ki,
istehsal prosesi yerli mütəxəssislər tərəfindən
həyata keçirilsin.
Gələcəkdə müəssisədə yeni istehsal sahəsinin
– melamin örtüklü plitələr istehsalı sahəsinin
istifadəyə verilməsi nəzərdə tutulur ki, buraya
da mebel avadanlıqları istehsalında qabaqcıl
təcrübəyə malik, dünyada məşhur olan Alma-
niyanın “Wemhoner” şirkətinin avadanlıqları
alınıb gətiriləcək və idxal olunan dəzgahlar
həmin şirkətin mütəxəssisləri tərəfindən qu-
raşdırılacaqdır. Melamin örtüklü plitələr istehsalı
sahəsi istifadəyə veriləndən və müəssisə tam
gücü ilə işləyəndən sonra, ümumilikdə, 110
nəfər daimi işlə təmin ediləcək.
Mebel materialları istehsal edilən bu müəs-
sisə muxtar respublikamızda yeganə müəssi-
sədir. Yeni müəssisədə istehsal olunan məhsullar
daxili bazarın tələbatını tamamilə ödəməklə
yanaşı, ölkəmizin digər regionlarında da satışa
çıxarılır, gələcəkdə xarici ölkələrə ixrac olun-
ması nəzərdə tutulur.
Dostları ilə paylaş: |