2
2014-cü ilin oktyabr ayı ər-
zində də hava limanında əhaliyə
keyfiyyətli xidmət təşkil olun-
muşdur. Ötən ay ərzində yerli
hava xətti ilə 24 min 395 sərnişin,
396 min 265 kiloqram baqaj, 36
min 823 kiloqram yük və 2 min
332 kiloqram poçt daşınması hə-
yata keçirilmişdir. Beynəlxalq
hava xətti ilə Naxçıvan-Moskva
istiqaməti üzrə 339 sərnişin, 5
min 887 kiloqram baqaj, Naxçı-
van-İstanbul reysi ilə 478 sərnişin
və 5 min 567 kiloqram baqaj
daşınmışdır.
Hava nəqliyyatına tələbatın
artması xidmətin keyfiyyətinin
də mütəmadi olaraq yüksəldil-
məsini şərtləndirir. Buna görə
də hava limanı əməkdaşlarının
peşəkarlığının artırılması istiqa-
mətində də işlər davam etdiril-
mişdir. Ötən ay daşımaların təşkili
və koordinasiyası xidmətinin şəx-
si heyəti Bakı şəhərində Milli
Aviasiya Akademiyasında kurs-
lara cəlb edilmişdir.
Payız-qış mövsümündə hə-
rəkətin təhlükəsizliyinin təmin
olunması məqsədilə bütün zəruri
tədbirlər yerinə yetirilmiş, hava
gəmiləri və texniki avadanlıqlar
texniki baxışdan keçirilmiş, uçuş-
enmə zolağı, sükanlanma yolu
və perronda cari təmir işləri apa-
rılmışdır. Uçuş-enmə zolağında
betonların arasında olan dərzlər
yenisi ilə əvəz olunmuşdur. Açıq
və örtülü drenaj xətləri yoxla-
nılmış, işlərin təhlükəsiz yerinə
yetirilməsi üçün texniki işçilərlə
məşğələ keçilmiş, aerodrom qış
mövsümünə hazır vəziyyətə gə-
tirilmişdir. Hava gəmilərinə xid-
mət edən xüsusi maşın və tex-
nikalara mövsümi və reqlament -
ləşdirilmiş texniki xidmət gös-
tərilmişdir. Həmçinin bu dövrdə
teleskopik trapların quraşdırıl-
ması işi tamamlanmış, onların
dayanacaq yerləri təşkil olunmuş
və markalanmış, xidməti işçilər
üçün yeni bina istifadəyə veril-
mişdir. Hazırda aerovağzal bi-
nasında əsaslı təmir işləri davam
etdirilir.
Uçuşların elektrik-işıq tex-
nikası təminatı, istilik və sani-
tariya texnikası ilə təchizat xid-
mətləri də 2014-2015-ci ilin pa-
yız-qış mövsümünə tam hazırdır.
Bu məqsədlə bütün növ güc
transformatorları və elektrik
paylayıcıları texniki nəzarətdən
keçirilmiş, güc kabellərinin saz-
lığı yoxlanılmış, requlyatorlar
üzərindəki 60 akkumulyator ba-
tareyaları yenisi ilə əvəz edil-
mişdir. Hava limanı ərazisində
olan bütün işıqlandırma vasitə-
lərinə texniki xidmət göstərilmiş,
onların işədüşmə və sönmə vaxt-
ları gün rejiminə uyğun olaraq
qurulmuşdur. Oktyabr ayı ər-
zində təhlükəsizlik sisteminin
gücləndirilməsi istiqamətində
də bir sıra işlər görülmüşdür.
Aerodrom ərazisini və xidmət
sahələrini daim nəzarətdə sax-
lamaq üçün əlavə olaraq 10 ədəd
müşahidə kamerası quraşdırıl-
mışdır. Yeni qurulmuş avtomat
telefon stansiyasına 800 metr
uzunluğunda fiber-optik kabel
çəkilərək mərkəzləşmiş şəbəkəyə
qoşulmuşdur.
Yanacaq-sürtgü materialları
təminatı da lazımi səviyyədə ye-
rinə yetirilmiş, yanacaqdolduran
maşınlar yoxlamadan keçirilmiş-
dir. Çənlərdə olan bütün vintillərə
nəzarət olunmuş, təmirə ehtiyacı
olanlara texniki qulluq göstəril-
mişdir. Oktyabr ayı ərzində
“AZALOİL” Yanacaq-Sürtgü
Materialları İdarəsindən 204 min
litr təyyarə yanacağı, 1800 litr
dizel yanacağı daşınaraq yana-
caq-sürtgü materialları anbarına
tədarük olunmuşdur. Hazırda
“MAN” markalı 2 yanacaqdaşı-
yan avtomaşın təyyarə yanacağı
daşıyır. Bundan başqa, hava gə-
milərinin buzlaşmasının qarşısı-
nın alınmasında mühüm vasitə
olan 8 min 800 litr “Kilfrost DF
Plus” və 34 min 900 litr “Kilfrost
ABC k Plus” tipli maye tədarük
olunmuşdur. Mayelərin keyfiyyət
göstəriciləri xüsusi təminat la-
boratoriyasında analizdən keçi-
rilmiş, istifadə üçün tam yararlı
olduğu təsdiq olunmuşdur.
Yeni texnikaların alınıb gəti-
rilməsi də işin keyfiyyətinin artı-
rılmasına xidmət edir. Odur ki,
bu istiqamətdə işlər davam etdi-
rilir. Yeni alınmış “MAN TGS-
18.360” və “VOLVO FM
TRUCK” yəhərli dartıcı “TJS630”
markalı qartəmizləyici ilə təchiz
olunmuş, “SUPRA-5001” mar-
kalı frezer-rotor qartəmizləyən
avtomobil hazır vəziyyətə gə-
tirilmişdir. Əlavə olaraq, yeni
alınmış üçüncü yanacaqdaşıyan
“MAN TGX18-400” yəhərli
dartıcı avtomobil noyabr ayın-
dan işə salınmışdır.
Dostları ilə paylaş: