Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#1153
1   2   3   4   5   6   7   8   9   ...   23
Hüquq olimpiadasına start verilib

    Naxçıvan  Muxtar  Respublikası  İnsan  Hüquqları  üzrə

Müvəkkilinin (Ombudsman) və Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Res-

publikasının  90  illik  yubileyinə  həsr  olunmuş  muxtar  res-

publikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri,

habelə ümumtəhsil məktəblərinin şagirdləri arasında hüquq

olimpiadasına dünən start verilib.

Dünən  Naxçıvan  Muxtar

Respublikası  Ali  Məclisinin

Naxçıvanşünaslıq Mərkəzində

Naxçıvan Dövlət Univesiteti-

nin  Tarix-filologiya  fakültə-

sinin II kurs tələbələrinin iş-

tirakı ilə açıq dərs keçilib. 

    Açıq  dərsdə  AMEA  Naxçıvan

Bölməsinin  Tarix,  Etnoqrafiya  və

Arxeologiya İnstitutunun şöbə mü-

diri, AMEA-nın müxbir üzvü Vəli

Baxşəliyev “Naxçıvanın Son Tunc

və Erkən Dəmir dövrləri abidələri”

mövzusunda mühazirə oxuyub. Bil-

dirib ki, Son Tunc dövrü abidələri

arxeoloji ədəbiyyatda Son Tunc və

Erkən Dəmir dövrlərinin nümunələri

kimi xarakterizə edilib. Tunc döv-

ründən Dəmir dövrünə keçid olan

bu mərhələ, başlıca olaraq, eramız-

dan əvvəl II minilliyin ikinci yarısını

əhatə edir. Arxeoloji abidələrin təd-

qiqi  göstərir  ki,  e.ə.  II  minilliyin

ikinci yarısından başlayaraq Azər-

baycan ərazisində yaşayan tayfaların

sosial-iqtisadi və mədəni həyatında

xeyli irəliləyiş olub. Bunu muxtar

respublikamızda Araz  vadisindəki

I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qı-

zılburun və digər yaşayış yerlərindən

əldə olunmuş arxeoloji abidələr də

sübut edir. Мəlum olduğu kimi, bu

yaşayış yerlərində Tunc dövrünün

əvvəlki  mərhələlərində  də  əhali

məskunlaşıb.  Son  Tunc  dövründə

bu abidələrdə Orta Tunc dövrü üçün

xarakterik olan boyalı qabların is-

tehsalı davam edib. 

Qeyd olunub ki, I Kültəpə yaşayış

yerinin bu dövrə aid mədəni təbəqəsi

abidənin  üzərindən  1,5-2,5  metr

dərinliyədək davam edir. Bu təbəqə

digər  təbəqələrlə  müqayisədə  ol-

duqca kiçik bir sahədə qalıb. I Kül-

təpənin  bu  dövrə  aid  təbəqəsində

tikinti  qalıqları  qeydə  alınmayıb,

yalnız uçub tökülmüş kərpic və çay

daşlarına rast gəlinib. Burada ocaq-

ların ətrafına yığılmış kül təbəqələri,

gil qab parçaları və osteoloji qalıqlar

qeydə alınıb. Bu təbəqədən Naxçı-

van  boyalı  qablarının  dördüncü

mərhələsi üçün xarakterik olan gil

məmulatı, habelə Xocalı-Gədəbəy

mədəniyyətinin xüsusiyyətlərini əks

etdirən gil qablar tapılıb. II Kültəpə

yaşayış  yerində  isə  Son  Tunc  və

Erkən Dəmir dövrlərinə aid təbəqə

ən üstdə yerləşdiyindən yaxşı qal-

mayıb. Burada daş və çiy kərpicdən

tikilmiş, lakin uçub dağılmış divar

qalıqları,  ocaq  yerləri,  boyalı  və

boyasız gil qab parçaları və osteoloji

qalıqlar  aşkar  olunub.  Boz  rəngli

gil qablar arasında Xocalı-Gədəbəy

mədəniyyəti  üçün  xarakterik  olan

göbələkşəkilli çıxıntısı olan qablara

tez-tez  rastlanır.  Şahtaxtı  yaşayış

yerində isə Son Tunc və Erkən Də-

mir  dövrlərinə  aid  mədəni  təbəqə

daha  yaxşı  qalıb.  Şahtaxtının  bu

dövrə aid mədəni təbəqəsi boz rəngli

keramikanın üstünlük təşkil etməsi

ilə xarakterizə olunur. 

    Mühazirəçinin  sözlərinə  görə,

ümumiyyətlə,  muxtar  respublika

ərazisindəki müxtəlif qədim yaşayış

məntəqələrində Son Tunc və Erkən

Dəmir dövrləri abidələrinə çox rast

gəlinir ki, bu da, əsasən, nekropol-

larda, müxtəlif tikililərdə, eyni za-

manda  qalatipli  abidələrdə  özünü

göstərir. Vurğulanıb ki, əsasən, e.ə.

II minilliyin ikinci yarısı ilə tarix-

ləndirilən müdafiə istehkamlarının

bir qrupundan yaşayış yeri kimi is-

tifadə olunub. Naxçıvan abidələrində

Orta  Tunc  dövründə  inşa  edilmiş

müdafiə divarları, ehtimal ki, Son

Tunc  dövründə  də  bərpa  edilərək

istifadə  edilib.  Bu  dövrdə  ətrafı

möhkəmləndirilmiş yaşayış yerləri

müdafiə  baxımından  əlverişli  ol-

madığından təbii cəhətdən müdafiə

olunan yüksək dağlıq zonalarda qa-

lalar  salınıb.  Naxçıvanda  Çalxan-

qala, Vayxır qalası və Qazançıqala

belə abidələrdəndir.

    Sonda mövzu ilə bağlı tələbələrin

sualları cavablandırılıb.




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin