Digər bölgələrimiz kimi, “Mux-
tariyyət ili”ndə Şahbuz rayonunda
da quruculuq tədbirlərinin həcmi
artıb, coğrafiyası xeyli genişlənib.
Ötən həftə rayon mərkəzində 2
yeni obyektin – Şahbuz şəhər 2
nömrəli tam orta məktəbi və şəhər
mərkəzi binalarının açılış mərasim-
ləri olub. Hazırda quruculuq təd-
birləri daha bir neçə ünvanda davam
etdirilir. Belə ünvanlardan biri Nursu
kəndidir. Bu yaşayış məntəqəsində
kənd məktəbinin binası yenidən qu-
rulan obyektlər sırasındadır. İki
mərtəbədən ibarət olan məktəb bi-
nası 234 şagird yerlikdir. Məktəbə
1 əlavə korpus artırılıb. Buraya ki-
fayət qədər texnika və işçi qüvvəsi
cəlb edilib. Bu isə inşaat işlərinin
sürətlə və keyfiyyətlə aparılmasına
imkan verib. Naxçıvan Muxtar Res-
publikası Dövlət Şəhərsalma və Ar-
xitektura Komitəsinin Şahbuz Rayon
İdarəsinin bir qrup inşaatçısı öhdə-
sinə götürdüyü quruculuq tədbirini
vaxtında başa çatdırmaq üçün səyini
əsirgəmir.
Digər bir obyekt kənddə fəaliyyət
göstərən qurumların birgə işini təşkil
etmək üçün inşa olunan kənd mər-
kəzidir. Adıçəkilən idarənin inşa-
atçıları qısa müddət ərzində 2 mər-
təbədən ibarət olan, müasirtipli la-
yihə əsasında inşa edilən binada
bir çox işləri başa çatdırıblar. Mər-
kəzdə icra nümayəndə liyi, bələdiyyə,
Yeni Azərbaycan Partiyası ərazi ilk
təşkilatı, klub, kitabxana, polis sahə
və baytarlıq məntəqələri fəaliyyət
göstərəcək. Həmçinin mərkəzdə ra-
bitə evi də yerləşəcəkdir.
Daha bir quruculuq tədbiri kənd-
də inşa olunan həkim ambulatori-
yasıdır. Bu bina da 2 mərtəbədən
ibarətdir. Tibb ocağında yaradılacaq
şərait kənd adamlarına səhiyyə xid-
mətinin lazımi səviyyədə qurulma-
sına imkan verəcək.
Kənd sakinləri kənddə inşa olu-
nan xidmət mərkəzini onlara gös-
tərilən növbəti dövlət qayğısı kimi
dəyərləndirirlər. Xidmət mərkəzində
mağazalar, ət satışı dükanı, bərbər
və gözəllik salonu fəaliyyət göstə-
rəcək. Hazırda obyektdə son tamam -
lama işləri aparılır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin Babək Rayon İdarəsinin
inşaatçıları isə Xalq şairi Məmməd
Arazın ev-muzeyinin inşası ilə məş-
ğuldurlar.
Ucqar bir dağ kəndində kompleks
quruculuq tədbirlərinin aparılması
insanların qurub-yaratmaq əzminə
müsbət təsirini göstərib.
Dostları ilə paylaş: |