mizəd və ya namizədlər irəli sürülərkən
siyasi partiyalar blokunun səlahiyyətli nü-
mayəndəsi müvafiq dairə seçki komissi-
yasına namizədin adı ilə birlikdə aşağıdakı
sənədləri təqdim etməlidir:
- siyasi partiyaların blokuna daxil olan
siyasi partiyaların qurultaylarının (kon-
franslarının, rəhbər orqanının iclasının) na-
mizəd və ya namizədləri irəli sürmək barədə
qərarları ilə birlikdə müvafiq iclasların
protokolları;
- siyasi partiyaların blokuna daxil olan
siyasi partiya nümayəndələri iclasının (qu-
rultaylarının, konfranslarının) siyasi parti-
yaların bloku adından namizəd və ya na-
mizədlərin irəli sürülməsi haqqında qərarı
və müvafiq iclasın protokolu;
- siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələrinin və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrinin notariat qay-
dasında rəsmiləşdirilmiş vəkalətnamələri;
- siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndələrinin siyahıları;
- bələdiyyə üzvlüyünə namizədliyi irəli
sürülmüş şəxsin məhkumluğuna, vətəndaş-
lığına dair və başqa dövlətlər qarşısında
öhdəliyinin olub-olmaması barədə məlu-
matlar, habelə bələdiyyə üzvü seçiləcəyi
halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə
xitam verəcəyi barədə öhdəliyi göstərilmiş
razılıq ərizəsi;
- hər bir namizədin irəli sürülməsi barədə
ayrı-ayrılıqda tərtib edilmiş bildiriş. Bu bil-
dirişin surəti dairə seçki komissiyası tərə-
findən təsdiq edilərək müvafiq səlahiyyətli
nümayəndəyə verilir.
Dairə seçki komissiyasına təqdim edilmiş
sənədlərin alınması barədə yazılı arayış
siyasi partiyalar blokunun səlahiyyətli nü-
mayəndəsinə verilir.
Siyasi partiyalar tərəfindən Mərkəzi
Dostları ilə paylaş: |