Xəbərlər şöbəsi
“Nuh yurdu” intellektual
oyunu keçirilib
Son illərin quruculuq ünvanla-
rından biri olan, orijinal memarlıq
üslubunda qurulmuş 5 mərtəbəli
Ordubad Rayon Mərkəzi Xəstə-
xanasında xəstələrin müalicə və
müayinəsi üçün hər cür şərait
yaradılıb, LOR, oftalmoloq, cər-
rah, nevropatoloq və terapevt
otaqları, stasionar və mobil rent-
gen qurğuları, flüoqraf, ultrasəslə
müayinə və elektrokardioqrafiya
aparatları quraşdırılıb.
Reanimasiya və əməliyyat böl-
məsində yerləşən palatalarda süni
tənəffüs aparatlarının, defibliyato-
run, çarpayıyanı monitorların və
ilk yardım ləvazimatlarının olması
səhiyyə ocağında ağır xəstələrin
müalicəsinə imkan verir. Əməliyyat
otağı narkoz aparatı, sorucu, kiçik
və böyük cərrahi avadanlıqlar dəsti
ilə təchiz edilib. Əməliyyat və
doğuş otaqlarında antibakterial ha-
valandırma sistemi quraşdırılıb. Ya-
radılmış şərait digər rayonlarda ol-
duğu kimi, Ordubad Rayon Mərkəzi
Xəstəxanasında da yüksəkixtisaslı
həkim briqadalarının fəaliyyətinə
stimul verib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin iş planına
uyğun olaraq, yüksəkixtisaslı cər-
rah həkimlər rayon xəstəxanasında
olub, bir gündə 7 xəstə üzərində
5 tonzilloektamiya, dəbəllik və
dermoid kistaya görə cərrahi əmə-
liyyatlar aparıblar. Bu əməliyyatlar
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin baş məslə-
hətçi-cərrahı, tibb üzrə fəlsəfə
doktoru Sabir Novruzov, Naxçıvan
Muxtar Respublika Xəstəxanası
Burun-qulaq-boğaz şöbəsinin mü-
diri Fərman Novruzov, reanima-
toloq-anestezioloq Hüseyn Abdul-
layev tərəfindən həyata keçirilib.
Cərrahi müdaxilələrdə Ordubad
Rayon Mərkəzi Xəstəxanasının
cərrahı İlqar İbrahimov da iştirak
edib.
Dostları ilə paylaş: |