üzvlüyünə namizəd və ya namizədlər irəli
sürülərkən siyasi partiyanın səlahiyyətli
nümayəndəsi müvafiq dairə seçki komis-
siyasına namizədin adı ilə birlikdə aşağıdakı
sənədləri təqdim etməlidir:
- siyasi partiyanın qeydə alınması barədə
şəhadətnamənin notariat qaydasında təs-
diqlənmiş surəti;
- siyasi partiyanın qüvvədə olan nizam-
naməsinin notariat qaydasında təsdiqlənmiş
surəti;
- namizəd və ya namizədlərin irəli sü-
rülməsi barədə siyasi partiyanın qurultayının
(konfransının, rəhbər orqanının iclasının)
qərarı və müvafiq iclasın protokolu;
- hər bir namizədin irəli sürülməsi barədə
ayrı-ayrılıqda tərtib edilmiş bildiriş. Bu bil-
dirişin surəti dairə seçki komissiyası tərə-
findən təsdiq edilərək müvafiq səlahiyyətli
nümayəndəyə verilir.
- bələdiyyə üzvlüyünə namizədliyi irəli
sürülmüş hər bir şəxsin məhkumluğuna,
vətəndaşlığına dair və başqa dövlətlər qar-
şısında öhdəliyinin olub-olmaması barədə
məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi
halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə
xitam verəcəyi barədə öhdəliyi göstərilmiş
razılıq ərizəsi;
- səlahiyyətli nümayəndələrin, habelə
maliyyə məsələləri üzrə səlahiyyətli nü-
mayəndələrin təyin edilməsi barədə siyasi
partiyanın qurultayının (konfransının, rəhbər
orqanı iclasının) qərarı;
- siyasi partiyanın səlahiyyətli nüma-
yəndələrinin və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrin notariat qay-
dasında rəsmiləşdirilmiş vəkalətnamələri;
- siyasi partiyaların səlahiyyətli nüma-
yəndələrinin siyahısı.
Siyasi partiyaların səlahiyyətli orqanı
səlahiyyətli nümayəndənin səlahiyyətinə
xitam verdiyi halda bu barədə qərarın
surəti Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyasına təqdim edilmə-
lidir. Dairə seçki komissiyasına təqdim
edilmiş sənədlərin alınması barədə yazılı
arayış siyasi partiyanın səlahiyyətli nü-
mayəndəsinə verilir.
Siyasi partiyalar bloku tərəfindən na-
Dostları ilə paylaş: |