zədin, siyasi partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndələrinə
dairə seçki komissiyası tərəfindən imza
vərəqələrinin verilməsi qaydaları.
Namizədin müdafiəsi məqsədilə seçici
imzalarının toplanması üçün imza vərəqə-
lərinin verilməsi dairə seçki komissiyası
tərəfindən namizədə və ya səlahiyyətli nü-
mayəndəyə bələdiyyə üzvlüyünə namizədin
irəli sürülməsini təsdiq edən qərarın təqdim
edildiyi gündən başlanır.
İmza vərəqələri namizədə və ya səlahiyyətli
nümayəndəyə verilərkən hər bir imza vərə-
qəsinin yuxarı sağ küncü dairə seçki komis-
siyasının möhürü ilə möhürlənməlidir.
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının təsdiq etdiyi nümunəyə uy-
ğun olaraq, namizədə və ya səlahiyyətli
nümayəndəyə imza vərəqələri verilməsi
barədə 2 nüsxədən ibarət akt tərtib edilmə-
lidir. Tərtib olunmuş akt dairə seçki ko-
missiyasının sədri, namizəd və ya səlahiyyətli
nümayəndə tərəfindən imzalandıqdan sonra
komissiyanın möhürü ilə təsdiqlənir.
İmza vərəqələrini qəbul etməsi haqqında
aktda namizədin və ya səlahiyyətli nü-
mayəndənin, həmçinin dairə seçki komis-
siyası sədrinin soyadı, adı, atasının adı,
verilən imza vərəqələrinin növü və sayı
göstərilməlidir.
Tərtib edilmiş akt imzalanaraq möhür-
ləndikdən sonra onun bir nüsxəsi dairə
seçki komissiyasında qalır, digər nüsxəsi
isə imza vərəqələri ilə birlikdə namizədə
və ya səlahiyyətli nümayəndəyə təqdim
edilir.
Dostları ilə paylaş: |